Sulfat turşusu

Sulfat turşusu, H2SO4 — qüvvətli ikiəsaslı turşu.

Sulfat turşusu
Ümumi
Sistematik adı Sulfat turşusu
Kimyəvi formulu H₂SO₄[1]
Nisbi mol. kütl. 98,082 а. k. v.
Molyar kütlə 980,826 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) maye
Sıxlıq 183,564 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 10,384 °S
Qaynama nöqtəsi 279,6 °S
Xüsusi ərimə istiliyi 10,73 C/kq
Buxarın təzyiqi 0,001 ± 0,001 mm Hg[2]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti -3
Suda həllolma qarışır q/100 ml
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1.397
Quruluşu
Dipol anı 2.72 Debay
Təsnifatı
CAS-da qeyd. nöm. 7664-93-9
PubChem
BS-də qeydiyyat nömrəsi 231-639-5
RTECS WS5600000
ChEBI 26836
BMT nömrəsi 1830
ChemSpider
Toksikologiya
LD50 510 mq/kq
Zəhərliliyi
NFPA 704 four-colored diamond
0
3
2
W


Susuz sulfat turşusu adi şəraitdə rəngsiz, iysiz, yağabənzər ağır mayedir, sıxlığı 1,9203 q/sm3-dir, 10,45°S-də donur, 296,2°S-də qaynayır. Su ilə istənilən nisbətlərdə qarışır. Qatı sulfat turşusu demək olar ki, bütün metallarla reaksiyaya girib, müvafiq duz (sulfat) əmələ gətirir, hidrogen-yodidi, qismən də hidrogen-bromidi oksidləşdirib, sərbəst halogenə çevirir, qızdırıldıqda bütün metalları (qızılplatin müstəsna olmaqla) oksidləşdirir. Durulaşdırılmış sulfat turşusu gərginlik sırasında hidrogendən solda yerləşən bütün metallarla (qurğuşundan başqa) reaksiyaya girir.

Sulfat turşusu almaq üçün əsas xammal, təbii sulfidlərin (pirit, kolçedan) yandırılmasında əmələ gələn kükürd qazıdır (SO2). Bu qazı kontakt və ya qüllə üsulu ilə sulfat anhidridinə SO3 çevirərək suda həll etməklə sulfat turşusu alırlar.

  1. 4FeS2 + 11O2 → 2Fe2O3 + 8SO2 + Q
  2. 2So2 + O2 → 2SO3 + Q
  3. SO3(q) + H2O(m) → H2SO4 +Q

Sulfat turşusu kimya sənayesinin əsas məhsullarından biridir. Ondan mineral gübrə (super-fosfat, ammonium-sulfat), müxtəlif turşu, duz, darman, yuyucu maddə, boya, süni lif, partlayıcı maddə və s. istehsalında geniş istifadə edilir.

Sulfat turşusu metallurgiyada (məsələn, uran filizini parçalamaq üçün), neft məhsullarının təmizlənməsində və s. məqsədlə, həmçinin quruducu maddə kimi işlədilir. Dünyada hər il 100 mln. tona yaxın sulfat turşusu istehsal olunur.

  1. SULFURIC ACID (ing.).
  2. http://www.cdc.gov/niosh/npg/npgd0577.html.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.