Sulduz Rüstəmov

Sulduz Mahmud bəy oğlu Rüstəmov — tarixçi, Mirzə Vəli bəy Baharlının nəslindəndir.

Sulduz Rüstəmov
Sulduz Mahmud bəy oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri I Baharlı kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Elm sahəsi tarix
İş yeri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Həyatı

Sulduz Mahmud bəy oğlu Rüstəmov 1912-ci ildə anadan olmuşdur. Cabbar bəy Vəlibəyovun açdığı I Baharlı kənd məktəbində oxumuş, ilk təhsilini ondan almışdır. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.[1]

Sulduz Rüstəmov bir müddət Azərbaycan SSR Maarif Nazirliyində işləmiş, AEA Respublika Əlyazmalar Fondunda (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) elmi işçi (1952-1957), elmi katib (1957-1969) vəzifələrində çalışmışdır.[1]

Sulduz Rüstəmov 1969-cu ildə Bakıda vəfat etmişdir.[1]

Elmi fəaliyyəti

Sulduz Rüstəmov Azərbaycan tarixşünaslığında dəyərli araşdırmalar aparmış, əlyazmalar əsasında Azərbaycan tarixini tədqiq etmişdir

Sulduz Rüstəmov 50-dən çox elmi əsərin müəllifidir. Onun “Qarabağ tarixinə dair daha bir əsər”, “Bakıxanovun yeni əlyazması”, ""Gülüstani-İrəm"in rus dilinə tərcüməsi haqqında yeni faktlar", "Azərbaycan tarixçisi Mirzə Camalın naməlum bir əlyazması", "Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsli" əsərinin yazılma tarixi haqqında", "Gəncə xanlığının tarixçisi Şeyx İbrahim Qüdsi Gəncəvi", "Tarixi sənədlər", "Lənkəran və Talış tarixi haqqında nadir bir əlyazması" və s. əsərləri Azərbaycan tarixşünaslığında qiymətli tədqiqatlar sırasındadır.[1]

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları. Bakı, 2014

Mənbə

  • Əlyazmalar İnstitutu-50. Bakı, 2000
  • Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları. Bakı, 2014
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı).Tanınmış tarixçi-alim Sulduz Rüstəmov. “Vedi inform” qəzeti, 04-10 aprel 2014-cü il, № 12 (55)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.