Sukkulentlər
Sukkulentlər (lat. succulentus - şirəli) – Ətli, şirəli yarpaqlı (aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik bitkilər: kserofitlərin xüsusi tipi. Sukkulentlər əsasən Şimali, Mərkəzi və Cənubi Amerikada, Cənubi Afrikada səhra, yarımsəhra və savannalarda bitirlər. Sukkulentlər işıqsevən, gecböyüyən bitkilərdir. Sukkulentlərin bəzisi (kaktus, aloye) dekorativ bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki kimi becərilir. Bəzi növləri Krımda, Orta Asiya, Azərbaycan Respublikasında introduksiya edilir.[1]
Xarici keçid
Həmçinin bax
İstinad
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.