Suck It and See
Suck It and See — ingilis rok qrupu Arctic Monkeys-in Domino Recording Company tərəfindən 6 iyun 2011-ci il tarixində buraxılan dördüncü studiya albomu. Albom 2011-ci ilin əvvəllərində Los-Ancelesdə yerləşən Sound City Studios-da qrupun yaxın əməkdaşı prodüser Ceyms Ford ilə yazılıb.
Suck It and See | ||||
---|---|---|---|---|
![]() | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 6 iyun 2011 | |||
Yazılma tarixi | yanvar–fevral 2011 | |||
Janr |
pop rok indi-rok indi pop psixodelik pop |
|||
Müddət | 40:04 | |||
Dil | ingilis dili | |||
Leybl | Domino | |||
Prodüser | Ceyms Ford | |||
"Arctic Monkeys" albomlarının xronologiyası | ||||
|
||||
|
Musiqi baxımından Suck It and See, qrupun əvvəlki qaranlıq, sərt riffli işi Humbug-dan fərqlidir, albomda gitaralı pop və psixodelik pop trekləri təqdim olunur. Albomun adı "sınayın" mənasını gələn ingilis sözündən gəlir, bu ad ABŞ-də pis başa düşüldü və sonradan bəzi yerlərdə senzuraya məruz qaldı. Mağazalarda albomun adının üzərini örtməli oldular.
Buraxıldıqdan sonra albom müxtəlif sinqllarla tanıtıldı, BK Albomlar hit-paradında birinci oldu və ölkədə platin sertifikatı qazandı. Albom ümumiyyətlə musiqi tənqidçilərindən müsbət rəylər aldı və bir çoxları onu əvvəlkindən daha yaxşı adlandırdı. Tənqidçilər qrupun üslub dəyişikliyini yüksək qiymətləndirdilər.
Səsyazmalar
Arctic Monkeys albomu 2010-cu ildə yazdı, solisti Aleks Törner mahnıların əksəriyyətini Nyu-Yorkda yazdı və Metro jurnalına dedi: "Yeni albomun çoxunu Nyu-Yorkda yaşayarkən yazdım və həmişəkindən daha çox ingilis dilində danışıq dilindən istifadə etdim.”[1] Səsyazma 2011-ci ilin yanvar-fevral aylarında beş həftə ərzində prodüser Ceyms Fordla Los-Ancelesdə, Kaliforniyada Sound City Studios-da aparıldı.[2] Törner albomun çoxunu studiyada canlı olaraq lentə alındığını bildirdi.
Suck It and See qrupun əvvəlki işi Humbug albomunun qaranlıq səsindən fərqlidir.[2] Albomun buraxılmasından qısa müddət əvvəl NME-yə danışan təbilçi Mett Helders, Humbug ilə müqayisədə daha "pop" və "vintaj" səs yaradacağına söz verdi.[3]
"Piledriver Waltz" treki ilk dəfə Törnerin Submarine mini albomunda buraxıldı.[4] Daha sonra qrup tərəfindən yenidən ifa olunaraq Suck It and See albomuna əlavə olundu.
Albomun adını daşıyan trek Eagles qrupunun "Lyin' Eyes" mahnısının plaqiatı kimi səslənir.
Trek siyahısı
Bütün mahnılar Ceymi Kuk tərəfindən yazılıb.
№ | Başlıq | Müddət | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
1. | Brick by Brick | 3:54 | |||||||
2. | Brick by Brick | 3:35 | |||||||
3. | Brick by Brick | 2:59 | |||||||
4. | Brick by Brick | 3:00 | |||||||
5. | Brick by Brick | 3:03 | |||||||
6. | Brick by Brick | 2:22 | |||||||
7. | Brick by Brick | 3:52 | |||||||
8. | Brick by Brick | 2:42 | |||||||
9. | Brick by Brick | 3:23 | |||||||
10. | Brick by Brick | 3:11 | |||||||
11. | Brick by Brick | 3:45 | |||||||
12. | Brick by Brick | 4:16 | |||||||
40:04 |
Azərbaycan versiyası bonus treki | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
13. | Brick by Brick | 3:28 | |||||||
43:37 |
İstinadlar
- Lewis, John. "Alex Turner: "Tupac's 'California Love' is my karaoke tune of choice"". Metro. 6 June 2011. 19 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2021 – Rock's Backpages (abunə tələb olunur) vasitəsilə.
- Bychawski, Adam. "Arctic Monkeys: Suck It And See is more poppy than Humbug". NME. 15 March 2011. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2015.
- "BBC – Music – Review of Alex Turner – Submarine EP". BBC Music. 17 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.