Sucəddin Mirzəyev

Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor.

Sucəddin Mirzəyev
Sucəddin Qiyas oğlu Mirzəyev
Digər adı Sücəddin Mirzəyev
Doğum tarixi
Doğum yeri İkinci Yeddioymaq, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyatı

Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.

Şəxsi həyatı

Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.

Qalareya

Teatr tamaşaları şəkilləri

Mükafatları

25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə[1], 7 may 2021-ci ildə[2] və 10 may 2022-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Tamaşalar

  • Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır
  • Ə. Nesin "İntihar" — Müştaq bəy
  • Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin
  • Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc
  • Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş
  • Süleyman Rüstəm "Durna" - Murad
  • Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab
  • Fikrət Qoca "Məhkumlar" - Babək
  • Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis
  • Moris Meterlinq "Korlar" II kor
  • Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq
  • Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi
  • Georgi Xuqayev "Andro ve Sandro" - Dudar
  • Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi
  • Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev
  • Qoqol "Müfəttiş" -- Osip
  • Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi
  • Şiller _ Qaçaqlar -- Şveytser
  • S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin
  • H. Abbaszadə "General" — Həzi Aslanov
  • H. İbsen "Kuklalar" — Doktor Rank
  • L. Korsunski "Fırıldaqçı" — Ata
  • N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy
  • Anar "Şəhərin yay günləri" — Namiq
  • C. Cabbarlı "Sevil" — Balaş
  • N. Nərimanov "Nadir şah" — Şah Təhmas
  • Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad
  • S. Vurğun "Vaqif" — Əli bəy
  • E. L. Voyniç "Ovod" — Ovod
  • H. Mirələmov "Vicdanın hökmü" — Rəhim
  • H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu
  • H. Mirələmov "Ləyaqət" — Kolya
  • X. Murad "Ucalıq" — Mayor
  • İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur
  • A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah
  • H. Allahyarov "Bir ovuc torpaq" — Azad
  • Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin
  • Sofokl "Şah Edip" — Edip
  • Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi
  • V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim
  • M. Xubai "Şeytanın oyunları" — Britannik və sair.
  • Qriqori Qorin "Herostratı unudun" — Herostrat
  • Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq
  • C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər
  • M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara
  • M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc
  • M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga
  • Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan
  • Visnevski "Nikbin faciə" — Odessalı
  • Beyzai "İlan sultan" — salnaməçi
  • K. Abdulla "Casus" — Qazan xan
  • M. Əliyev "Prokuror" — Səlimxan
  • Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.

Filmoqrafiya

  1. Tənha durna uçuşu (film, 2003)
  2. Durnalar qayıtdı (film, 2003)
  3. Teatr (film, 2004)
  4. Susmuş vicdan (film, 2010)
  5. Sevginin göz yaşları (teleserial, 2013)
  6. Günəşim ol (serial, 2016)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.