Subut Mehdiyev

Mehdiyev Subut Əyyub oğlu — yazıçı, "Qızıl qələm" mükafatı laureatı, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru.

Subut Mehdiyev
Mehdiyev Subut Əyyub oğlu
Doğum tarixi
Doğum yeri Minkənd, Laçın rayonu, Azərbaycan SSR
Fəaliyyəti yazıçı

Həyatı

Mehdiyev Subut Əyyub oğlu 21 aprel 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1978-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin məktəbin 8-ci sinfini fərqlənmə ilə bitirmişdir. 1986-cı ildə Bakı şəhərində yerləşən 1 saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuş və 1988-ci ildə bitirmişdir. 1988-ci ilin payızında Leninqrad Hərbi Akademiyasına daxil olmuş, lakin ailə vəziyyətinə görə təhsilimi davam etdirməmişdir. 1989-1991-ci illərdə həqiqi-hərbi xidmətə çağırılmış və vətənin müdafiəsində iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Universitetə daxil olmuş, ali təhsil almışdır. Ali məktəbdə təhsil aldığı müddət ərzində respublikada nəşr olunan “Ekspress” , “Ekspert” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışmış və bir neçə dövlət və müstəqil qəzetlərdə isə ölkə üçün mühüm əhəmiyyət daşıyan müxtəlif məqalələrlə çıxış etmişdir. 2003-cü ildə nəşr olunmuş “Diplomatiya və İqtisadiyyat” kitabının həmmüəllifidir.

7 noyabr 2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "İnsan naminə" siyasi partiyalar blokunun 121 saylı Laçın seçki dairəsindən vahid namizədi kimi namizədliyi irəli sürülmüş və namizədliyi seçki komissiyası tərəfindən qeydə alınmışdır.

Hazırda isə 2006-cı ildən nəşr olunan “Aydın Fikir” ictimai–siyasi qəzetinin, “Qlobxeber.az” saytının təsisçisi və baş redaktorudur.

Yaradıcı əməyinə görə bir neçə sertifikat, diplom və "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Məqalələri

  • "Xocalı soyqırımı erməni vandalizminin nümunəsidir", "Bütöv Azərbaycan", №08(184), 27 fevral-05 mart 2013. səh.6

Xarici keçidlər

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.