Subdural hematoma
Subdural hematoma(qıs.SDH)- beyinin sərt qişası (dura mater) ilə beyinin hörümçək toruna bənzər qişası (araxnoid mater) arasında qanın toplanmasıdır. Əmələ gəlməsi sürətindən və həmçinin müəyyən edilməsi vaxtından asılı olaraq SDH-ların təsnifatı aşağıdakı kimi aparılır:
- Kəskin SDH: travmadan sonra bir neçə saat ərzində əmələ gələn hematomalar.
- Yarımkəskin SDH: travmadan sonra bir neçə gün və həftə ərzində (adətən 21 günədək) əmələ gələn və ya müəyyən edilən hematomalar.
- Xroniki SDH: yaranmasından 21 gündən çox vaxt keçdikdən sonra müəyyən edilən SDH-lar.[1]
İstinadlar
- "hematoma: diaqnostika, proqnoz və müalicə". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.