Suahili dili
Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır.
Suahili | |
---|---|
Orijinal adı | kiswahili |
Ölkələr | Tanzaniya, Keniya, Uqanda, Konqo Demokratik Respublikası, Ruanda, Burundi, Somali, Zambiya, Malavi, Mozambik, Komor adaları, Madaqaskar |
Rəsmi status | Uqanda, Keniya, Tanzaniya, Komor adaları (komor dili) |
Tənzimləyən təşkilat | Suahili Tədqiqat İnstitutu |
Danışanların ümumi sayı |
5 milyon — birinci dil 70 milyon — ikinci dil |
Təsnifatı | |
Kateqoriya | Afrika dilləri |
Niger-konqolez dilləri
|
|
Yazı | latın əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | суа 631 |
ISO 639-1 | sw |
ISO 639-2 | swa |
ISO 639-3 | swa, swc, swh |
Dilin strukturlarının dünya atlası | swa |
Ethnologue | swa |
Linguasphere | 99-AUS-m |
ABS ASCL | 9211 |
IETF | sw |
Glottolog | swah1254 |
Vikianbarda əlaqəli mediafayllar |
Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir.
Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir.
Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir.
Adlandırılması
Kiswahili sözü ərəb dilindəki sāhil ساحل: sawāhil سواحل (sahil) sözünün cəm halıdır. wa- önşəkilçisi ilə birlikdə işləndiyində söz "sahil sakinləri"ni, ki- önşəkilçisi ilə birlikdə işləndikdə isə (Kiswahili — "sahil sakinlərinin dili") onların dilini bildirir.
Təsnifatı
Suahili bantu dillərindən biridir. Cozef Qrinberqin genetik təsnifatına görə bantu dilləri nigero-konqolez dil ailəsinin benue-konqolez qrupuna daxildirlər.
M. Qasrinin daxili təsnifatına görə, suahili dili G42 qrupuna Bantoid/Cənubi/Dar bantu/Mərkəzi/G — daxildir.
Linqvocoğrafiya
Sosiolinqvistik vəziyyət
Müxətlif məlumatlara görə suahili 2,5–5 milyon insanın ana dilidir. Bundan başqa 50–70 milyon insan ondan ikinci və ya üçüncü danışıq dili kimi istifadə edir.
Suahili Tanzaniyada (1967-ci ildə) və Keniyada (1974-cü ildə) rəsmi dil elan olunub. Uqanda hökuməti 1992-ci ildə bu dilin ibtidai məktəblərdə məcburi tədrisinə başlamış, 2005-ci ildə isə onu rəsmi diil elan etmişdir.
Suahili dilində Tanzaniya əhalisinin təxminən 90 % danışır (təxminən 39 milyon insan). Təhsilli keniyalıların da çoxu bu dildə sərbəst danışır, çünki o, Keniyada məktəbin birinci sinfindən məcburi tədris olunur. Konqo Demokratik Respublikasının 5 əyalətinin əhalisi də suahili dilində danışır. Bu dildən Burundinin, Ruandanın, Mozambikin, Somalinin, Malavinin və Zambiyanın şimal bölgələrinin əhalisinin müəyyən hissəsi də istifadə edir[1].
Mayotta da daxil olmaqla Komor adalarında və komor diasporası arasında da şikomor dilinin dialektləri geniş yayılmışdır ki, onlar da bir qayda olaraq suahilinin dialektləri hesab edilir[2].
Dialektləri
Müasir standart suahili Zənzibar dialektinə əsaslanır. Suahilinin bir tərəfdən dialektlərini dialektlərindən, digər tərəfdən isə dialektlərini başqa dillərdən ayırmaq çox çətindir və onların siyahısına dair fikir ayrılıqları mövcuddur:
- kiunquca: Zənzibar şəhərinin və ətraf bölgələrinin dialekti;
- kutumbatu və kimakunduçi: Zənzibar vilayətinin dialekti;
- kisetla: ciddi şəkildə picinləşmiş suahili variantı. Avropalılarla danışarkən istifadə olunur;
- Nayrobi suahilisi: Nayrobi dialekti;
- kipemba: Pemba adasının yerli dialekti;
- kinqvana: Konqo Demokratik Respublikasının dialekti.
Yazısı
Müasir suahili latın qrafikası ilə yazılır. Bu əlifba Avropalı missionerlər tərəfindən XIX əsrin ortalarından bölgəyə gətirilmişdir. X əsrdən XIX əsrin ortalarına qədər isə suahili ərəb əlifbası ilə (köhnə suahili yazısı) yazılmışdır. Bu əlifba ilə suahili dilində yazılmış ən məşhur əsər XVIII əsrə aid olan "İrakli haqqında kitab" eposudur. İlk əsərin ilk əlyazısının tarixi 1728-ci ilə təsadüf edir.
Müasir əlifbada 24 hərf var, Q və X hərfləri istifadə olunmur, C hərfi isə sadəcə ch hərf birləşməsində istifadə olunur.
İstinadlar
- Zambia. Languages Arxivləşdirilib 2017-10-17 at the Wayback Machine // Ethnologue. Languages of the World
- A History of Comorian Linguistics / Almee Johansen // The Linguistic Typology and Representation of African Languages Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine; ed. John Mugane — Africa World Pres, Inc., 2003. — Trends in African Linguistics 5. — P. 299–310. — ISBN 1-59221-154-2.
Xarici keçidlər
- Kamusi Project Internet Living Swahili Dictionary
- Suahili dilində internet-radio (128kb/s dinlə)
- Suahilidəki şəxs adları sistemi haqqında Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine
- Süahili dilini öyrənmək üçün materiallar (rusca-suahilicə danışıq kitabı, lüğətlər, dərs kitabları)
- Suahili dilinə həsr olunmuş sayt
- Suahili dilinin qrammatikası Arxivləşdirilib 2021-03-23 at the Wayback Machine
Həmçinin bax
- Suahili dilində ədəbiyyat
- Maskat və Omanın əraziləri