Su tayfası
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.
Bu məqalə Su tayfası haqqındadır. Digər mənalar üçün Su (dəqiqləşdirmə) səhifəsinə baxın. |
E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər.
Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir. Mövcud tədqiqatlarda bu barədə belə bir fikirlə qarşılaşırıq: "Qədim Mesopotamiya qaynaqlarında Su tayfa adı bir çox halda Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Hətta Assuriya carı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilir və bildirilir ki, "… Urartu insanlari Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar". Bu isə öz növbəsində eradan əvvəl 9 əsrdə yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə muəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.