Suğra Bağırzadə
Suğra Sadiq qızı Bağırzadə (10 fevral 1947, Bakı) — Azərbaycan aktrisası[1] və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti (2008), "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı.
Suğra Bağırzadə | |
---|---|
Doğum tarixi | 10 fevral 1947 (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, florist[d], rəssam |
Fəaliyyət illəri | 1959-cu ildən |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID2957313 |
Həyatı
Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində 7 saylı tam orta məktəbdə orta təhsil almışdır. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı olmuşdur. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı Artek pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib.[2] 12 yaşında istedadlı qız "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilmişdir. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan "Ulduz" filmində Yetər roluna dəvət olunub.
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar yaratmışdır.
Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. "Floristika" İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.[3] Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılmışdır. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunmuşdur. Azərbaycan dilində ilk dəfə nəşr edilən "Floristika" kitabının müəllifidir.
16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət" ordeni ilə təltif edilib.[4][5][6] 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[7]
Mükafatları
1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[8]
- Türk Dünyası Beynəlxaq Tədqiqatları Elmlər Akademiyası tərəfindən:
- "Fəxri Doktor" adı (29 iyun 2015);
- "Qızıl Ulduz" medalı (2016);
- "Türk Dünyasında 2015-ci ilin mədəniyyət adamı".[9]
- Ümumdünya Floristlər Şurasının "Floristika sahəsində yeni professional istiqamətin yaradıcısı" sertifikatı (2016).
- Sankt-Peterburqda keçirilən və Peterhofun 300 illiyinə həsr edilmiş florist-dizaynerlərin beynəlxalq sərgisində iştirakına görə "Dost Peterhofa töhfə" fəxri fərmanı və diplomu (2016).
- "BMT İctimai Mükafatlar Şurası" qeyri-hökumət təşkilatı tərəfindən:
Filmoqrafiya
- Yollar və küçələrlə (film, 1963)
- Ulduz (film, 1964)[12] — Yetər
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-rol: telefonçu qız
- Şir evdən getdi (film, 1977) — aeroport işçisi
- "Bu gün, sabah və …" (Rusiya, 1977)
- Tələ (film, 1990)
- "Cücələrim" (AzTV , 1995)
- Yuxu (film, 2001) — rol: maşındakı qız
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Sonuncu şahid (film, 2004)
- Qəmbər Hüseynli (film, 2007)
- "Qara Bazar" ("M&M studio", 2010)
- "Qılıncdan iti" (Rej. Ə. Muradov, 2011)
- Həyat sən nə qəribəsən (teleserial, 2013)
- "13-cü şöbə" ("Mir" teleşirkətinin sifarişi ilə, 2014)
- "Zaman adlı Qatar" (Rej. K. Musayev, 2016)
- "Xəzər üzərində yelləncək" (Rej. Q. Əsgərov, 2019)
- Şərəf məktubu (qısametrajlı, 2020)
İstinadlar
- Bağırzadə, S. "Vaxt tapan kimi qocalacam": Suğra Bağırzadə: "İnsan yaşayırsa, içində yaratmaq eşqi varsa, o, bütün arzularına çatmış sayılmaz": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 22 iyul.- S.12.
- "Мировой хит и гордость Азербайджана: история детской песенки "Джуджалярим"". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
- Tanınmış aktrisa təşkilat yaradıb
- AzərTAc. "Azərbaycanın Əməkdar Artisti beynəlxalq mükafata layiq görülüb" (az.). Azertag.az. 12.01.2017. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-12.
- Primetime. "Suğra Bağırzadə təltif edildi" (az.). Primetime.az. 12.01.2017. İstifadə tarixi: 2017-01-12.
- Ruhanə Mirzəyeva. "Azərbaycanlı aktrisa beynəlxalq mükafata layiq görülüb" (az.). Report.az. 12.01.2017. İstifadə tarixi: 2017-01-12.
- President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- "Əməkdar artist "Türk Dünyasında İlin Mədəniyyət Adamı" mükafatını qazanıb". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
- "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
- "Arxivlənmiş surət" (PDF). 2024-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-03.
- Bağırova, S. 48 ildir ki, parlayan "Ulduz": Əməkdar artist Suğra Bağırova ilə söhbət //Mərkəz.- 2012.- 1 sentyabr.- S. 14.