Striptiz

Striptiz (orijinal mənşəyi: ingiliscə strip-tease) gənc bir qadın aktrisanın gecə klublarında və pavilyonlarda musiqinin müşayiəti altında rəqs edərək və soyunaraq ifa etdiyi şou kimi müəyyən edilmişdir. Strip-şoular müasir dövrdə striptiz klublarında və pablarda həyata keçirilir (xüsusilə Böyük Britaniyada). Xüsusilə striptizin baş verdiyi yerlərdə ətrafdakı işıq zəif, musiqi isə ağır olur. Kreslo kimi əşyalar bu şoularda istifadə olunan alətlərdir. Ehtimal olunur ki, səhnədə soyunma dəbi ilk dəfə 1895-ci ildə Parisdə keçirilən Divan japonais şousunda Moreno de Blansac tərəfindən tətbiq edilmişdir. Əvvəlcə kabarelərdə keçirilən bu şoularda yalnız Mata HariDita Von Tiz kimi bir neçə nəfər məşhurlaşmağı bacarmışdır. 1930-cu illərdən ABŞ-də burlesk adı altında geniş yayılmışdır. 1935-ci ildə yenidən Avropaya geriyə qayıtmış və 1955-ci ildən geniş yayılmışdır. Kinoda isə Gilda, Rita Hayworth, Brigitte BardotJeanne Moreau etdikləri striptiz səhnələri ilə yaddaşlarda qalmağı bacarmışdırlar. Qadın aktyorların həyata keçirdikləri şoulardan başqa qadınlar və homoseksual kişilər üçün nəzərdə tutulmuş kişi rəqqaslarla da striptiz şouları nümayiş etdirilir.

Amerikan burlesk rəqqası Lola Bel Aire, ənənəvi striptiz həyata keçirərkən.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.