Straud funtu
Straud funtu — İngiltərənin Straud şəhərində istifadə edilən regional valyuta . Totnis funtu və Lyuis funtundan sonra buraxılan üçüncü yerli valyutadır. 12 sentyabr 2009-cu ildən dövriyyədədir.[1]
Yaranma tarixi
12 sentyabr 2009-cu ildə, yerli keçid qrupunun təşəbbüsü ilə buraxılıb,[2][3] . Totnis və Lyuis funtlarından fərqli olaraq o bir qədər fərqli sxemlə buraxılıb. 2010-cu ilin aprelinə olan məlumata görə Qlosterşir qraflığının 30 müəssisəsi bu valyuta ilə işləyir.[4]
Buraxılış günü dövriyyəyə 1 000 Straud funtu buraxıldı və hər alıcı azı 1 yerli funt almalı idi[5].
2011-ci ilə artıq 4 000 yerli funt alınır. Ancaq bununla belə bəzi yerli müəssisələr şikayət edirdilər ki, müştərilər onları dəstəkləsələr də , yenə də funt sterinqə üstünlük veririlər.[6]
Tərtibi
Straud funtu dörd nominalda: £ 1, £ 2, £ 5 və 10 funtluq olur. Filip Trelfollun 1972-ci ildə çəkdiyi "Straud binası" freskası, yerli əhəmiyyətli obrazlar funtun dizaynında əksini tapıb.[7] Əskinazlar parlaq rənglərlə təhlükəsiz kağızda çap olnur.
İstinadlar
- "Town launches its own bank notes BBC News 13 September 2009". 24 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2012.
- ""Stroud pound ready to launch, Times Online, 11th September 2009"". 2009-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-23.
- "Will the Brixton pound buy a brighter future? The Guardian 16 September 2009". 7 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2012.
- UK town creates own money, Big Pond News, 3rd April 2010
- ""Shoppers convert more than £1K into Stroud Pounds, Stroud News & Journal, 14th September 2009"". 2017-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-29.
- Dave Harvey, "Bristol Pound launched to keep trade in the city" Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine, BBC News, 19th September 2012.
- ""Laurie Lee to feature on Stroud bank notes, Telegraph.co.uk, 11th September 2009"". 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-30.