Stratiqrafiya

Stratiqrafiya (lat."stratum"-təbəqə və yun. "qrafo" - yazıram)- tarixi geologiyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Stratiqrafiyanın əsas məqsədləri: 1. Yer qabığının inkişaf tarixini aydınlaşdırmaq üçün onun ayrı-ayrı sahələrində süxurların ilkin yatım ardıcıllığını və yaş münasibətlərinin müəyyən edilməsi; struktur geologiya, geoloji planalmaaxtarış-kəşfiyyat işləri kimi məsələləri həll etmək üçün baza yaradılması; Yer kürəsi üçün ümumi olan nisbi geoxronoloji şkalanın yaradılması; 2. Hər hansı ölkə və ya regionda geoloji əmələgəlmələrin yatım ardıcıllığının öyrənilməsi.


Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.