Strategiya

Strategiya (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti») — subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modeli. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir.

Strategiya - təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır.

Strategiyanın seçilməsi

Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.

Strateji planlaşdırma ardıcıllığı

Strareji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı kimi aparılır. Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının müəyyənləşdirilməsi mərhələlərini izah edək: Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ bilər: a). Istehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul olmaq.

  1. Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya qoyulur.
  2. Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur.
  3. Zəif və güclü amillərin tədqiqi. Hər bir müəssisə öz vəziyyətini yoxlayaraq zəif və güclü cəhətlərini aşkar edir.
  4. Strateji alternativlərin təhlili.Çatışmamazlıqları aradan qaldırmaq üçün alternativ variantlar hazırlamaq və onlardan birini - ən səmərəli olanını seçmək lazımdır.
  5. Strategiyanın seçilməsi.
  6. Strategiyanın həyata keçirilməsi.
  7. Strategiyanın qiymətləndirilməsi.[1]
  1. Ağasəf İmran, Menecment, Bakı, 2007
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.