Stokholm

Stokholm (isv. Stockholm [stɔkːhɔlm]) — İsveç Krallığının paytaxtı. Melaren gölünün şərq sahilində yerləşir. Əhalisi 2.000.000-a yaxındır. 6.519 km² ərazisi olan metropoliya ərazisində isə əhalinin sayı 2 milyon nəfərdir. 2009-cu ilin statistikasına görə İsveç əhalisinin 22 faizi Stokholm metropoliyasında yaşayır. Kralın iqamətgahı, Beynəlxalq Arlanda aeroportu, Hökumət binası və riksdaq bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada 2-ci ən çox turist qəbul edən şəhər olmuşdur (1-ci yerdə Kopenhagen).[4] Bəzən Stokholmu "Şimalın Venesiyası" adlandırırlar.

Stokholm
Stockholm
Bayraq Gerb
Bayraq Gerb
59°19′46″ şm. e. 18°04′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1187[1]
İlk məlumat 1252
Sahəsi
  • 187,16 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 984.748 nəf. (31 dekabr 2022)[2][3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +46 8
Poçt indeksi 100 00–200 00
Digər
start.stockholm
Stokholm xəritədə
Stokholm
Stokholm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Bu şəhər haqqında ilk məlumat Aqnafit haqqında saqada rast gəlinir. Burada ilk yaşayış məntəqəsi 1187-ci ildə tikilmişdir. Stokholm haqqında ilk yazılı məlumata 1252-ci ildə rast gəlinir. İlk vaxtlar İsveçi xarici hücumlardan qorumaq üçün hərbi obyekt vəzifəsini yerinə yetirən Stokholm sonradan Baltik dənizi ölkələri ilə ticarətin nəticəsində sürətlə böyüməyə başladı. Həmin vaxtlar Stokholm Hamburq, Riqa, Qdansk və başqa şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. 1296-cı ildən şəhər şurası fəaliyyət göstərməyə başladı. Şuranın 24 üzvü var idi və bunların yarısı şəhərin almandilli əhalisi içindən seçilirdi. Şura 1478-ci ilə qədər mövcud olub. 15-ci əsrin sonlarından etibarən Danimarka bu şəhərə davamlı hücumlar etməyə başlayır. 1520-ci ildə Danimarka kralı II Kristian şəhərə daxil olur. O şəhərə daxil olduqdan sonra orada böyük qırğınlar törədir. Bu faciə İsveçin Kalmar Birliyindən çıxmasının əsas motivi olmuşdur. 1523-cü ildə paytaxtı Stokholm olan İsveç krallığı yaranır. Həmin vaxt şəhərin əhalisi 5.000-7.000 nəfər arasında idi və əhalisinin sayına görə İsveçdə ən böyük şəhər olmasına baxmayaraq, bu göstəricisinə görə Avropanın əksər böyük şəhərlərindən geri qalırdı. Təxminən 1600-cü ildə Stokholmun əhalisi 10.000 nəfərə çatır. Həmin dövrdə şəhərin əhalisinin böyük hissəsi almanlarfinlərdən ibarət idi.

Köhnə şəhər

Stokholmda köhnə şəhər

Köhnə şəhər Gamla Stan əsas olaraq Stadsholmen adasında yerləşir. Bu şəhər dar küçələrdən ibarətdir. Burada Kral sarayı, Nobel muzeyi, alman kilsəsi, Storkyrkan və ya zadəganların evi kimi fərqli maraqlara xitab edən strukturlar var.

Mədəniyyəti

Djurgarden Stokholmun adalarından biridir. Şəhərdə turistlərin marağına səbəb olan Vaza Muzeyi, Skansen, Şimal muzeyi, Gröna Lund əyləncə parkı yerləşir. Mariatorget meydanı, Norrmalm, Östermalm, Kungsholmen və Skepsholmen Kral sarayı (Kunglika Slotett) və xəzinəsi, Alexandre Tyska Kyrkan Kilsəsi, Milli Muzey (Historiska Museet), Milli İncəsənət Muzeyi, Gustave malikanəsi də çox bəyənilən yerlərdəndirlər[5].

Stokholm incəsənət baxımından olduqca inkişaf etmiş şəhərdir. Burada 70 muzey və təxminən 100 sənət qalereyası var. Şəhərin batan bir gəmisini dıniz altından çıxararaq muzey halına gətirmişlər. Stokholmun ən çox ziyarət edilən yeri olan bu muzey Vaza Muzeyi adlanır. Gəmi çox yaxşı qorunmuş və turistlərin rahatca gəzə bilməsi təmin edilmişdir.

Əhalisi

Əhalisi 2.054.343 nəfər (2011)dir. Əhali quruluşu etibarilə Stokholm olduqca qarışıqdır. Burada 70 millətin nümayəndəsini tapmaq mümkündür.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.