Stiven Hokinq
Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[1][2][…], Oksford[3] – 14 mart 2018[4][5][…], Kembric[6][3]) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir.
Stiven Hokinq | |
---|---|
ing. Stephen William Hawking | |
Doğum tarixi | 8 yanvar 1942[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 2018[4][5][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Yan amiotrofik skleroz |
Dəfn yeri | |
Elm sahələri | Ümumi nisbilik nəzəriyyəsi, nəzəri fizika[8], Kosmologiya, Tətbiqi riyaziyyat[8], kainat[8], qara dəlik[8] |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
hawking.org.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.
Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.
Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürmüşdür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirmişdir. Tamamilə hərəkət qabiliyyətini itirən Stiven Hokinq bu gün miqyasına görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışmışdır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.
Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirmişdir.
Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutmuşdur.
Elmi fəaliyyəti
Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:
- qara dəliklərin təsvirində termodinamikanın tətbiqi
- sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".
- 21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.
Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəlikləri araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atmışdır. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.
Hokinq nəzəriyyəsi
Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan S.Hokinq idi. O, tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdir. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia etmişdir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdir. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"-ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.
Yadplanetlilər
Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləmişdir. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz vardır. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin olmuşdur Həmçinin onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcəkdir.[19] Onların yer kürəsinə gəlməsini o, avropalıların Amerikanı kəşf etməsinə bənzədirdi.
Elmi məşhurlaşdırması
Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak etmişdir. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirmişdir. Giriş hissədə yazırdı:
Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.
Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunur. 2005-ci ildə "Zamanın qısa tarixi"kitabının yeni nəşri "Zamanın ən qısa tarixi" işıq üzü görmüşdür.
2010-cu ildə o, "Discovery Channel"də göstərilən "Stiven Hokinq ilə kainata doğru" sənədli mini-filmlərin seriyasında iştirak etdi[20]. Seriyanın premyerası ABŞ-də 2010-cu ildə aprelin 9-da baş verib, mayın 9-da isə "Stiven Hokinqin Kainatı" dəyişmiş ad ilə Birləşmiş Krallıqda.[21]
İstinadlar
- Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- Stephen Hawking // Internet Speculative Fiction Database (ing.). 1995.
- Catalog of the German National Library (alm.).
- Stephen Hawking // Stephen Hawking dies aged 76 (brit. ing.). BBC, 2018.
- Stephen Hawking, modern cosmology's brightest star, dies aged 76 (brit. ing.). The Guardian, 2018. ISSN 0261-3077
- editor I. S. S. Stephen Hawking, modern cosmology's brightest star, dies aged 76 (brit. ing.). The Guardian, 2018. ISSN 0261-3077
- Stephen Hawking sera enterré au côté de Newton et Darwin à l'abbaye de Westminster (fr.). 2018.
- Hawking, Stephen, 1942-2018 // Çex Milli Hakimiyyət Məlumat bazası.
- Professor Stephen Hawking. Kembric Universiteti.
- Hawking gives up academic title (brit. ing.). 2009.
- People | Department of Applied Mathematics and Theoretical Physics.
- Hawking S. Properties of expanding universes (ing.). 1966. 117 p. doi:10.17863/CAM.11283
- Mathematics Genealogy Project (ing.). 1997.
- http://www.casinapioiv.va/content/accademia/en/academicians/ordinary/hawking.html.
- http://www.amphilsoc.org/memhist/search?creator=hawking&title=&subject=&subdiv=&mem=&year=&year-max=&dead=&keyword=&smode=advanced.
- NNDB (ing.). 2002.
- www.nasonline.org (ing.).
- http://www.damtp.cam.ac.uk/people/s.w.hawking/.
- Y.Qəribov, O.Alxasov, Ş.Hüseynli, M.Babayeva, Coğrafiya-10 cu sinif dərsliyi, səh:17–18
- "Arxivlənmiş surət". 2013-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-25.
- "Arxivlənmiş surət". 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-25.