Steypls-sentr
Staples Arena (ing. Staples Center) — 1999-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) açılmış çoxfunksiyalı idman kompleksidir. Los Angeles Convention Centerin yaxınlığında yerləşir. Müxtəlif idman yarışlarının və kütləvi tədbirlərin keçirildiyi məkandır. Staples Arena "Los-Anceles Kinqs", "Los-Anceles Klippers" və "Los-Anceles Leykers" (MBA), "Los-Anceles Sparks" (QMBA) komandaları üçün ev arenasıdır. Bu stadion, NBA-da iki komanda üçün ev sahibi olan yeganə Arenadır. Həm də ABŞ-də bir Liqanın iki komandası üçün ev sahibliyi edən iki stadiondan biridir.[1] (digəri Metlayf Stadionu)
Staples Arena | |
---|---|
Yeri | ABŞ, Kaliforniya |
Tikilib | 17 oktyabr 1999 |
Memar | PCL Construction |
Tamaşaçı tutumu |
Buzüstü hokkey 18 118 nəfər Basketbol 18 997 nəfər Amerika futbolu 16 096 nəfər Konsert zalı 19 000 nəfər Boks/Güləş 21 000 nəfər |
Ev sahibi komanda |
Los-Anceles Klippers (1999) Los-Anceles Leykers (1999) Los-Anceles Kralları (1999) Los-Anceles Sparks (2001) |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Arxitekturası
Staples Arenanın sahəsi 88 257,9 m2 təşkil edir. Arenanın ölçüləri 28,7 m-ə 61,0 m bərabərdir. Arenanın hündürlüyü 45,7 m-dir. Arena tutumu konsertlər üçün 20 000, basketbol oyunları üçün 18 997, hokkey və futbol oyunları üçün 18 118 təşkil edir.[2]
Tarixçəsi
Arena tikintisi 1998-ci ildə başlamış və 1999-cu ildə başa çatmışdır. Tikinti xərcləri 375 milyon ABŞ Dolları təşkil edib. Açılış 17 oktyabr 1999-cu ildə açılış Brüs Sprinqstinin və E Street qrupunun çıxışı ilə açılıb.
Hər il "Staples Arenada" 250-dən artıq tədbir keçirilir və hər il təxminən 4 000 000 nəfərə yaxın ziyarətçi qəbul edir.[3]
Həmçinin bax
İstinadlar
- "Guest Services: Seating Capacity". Arxivləşdirilib 2017-06-27 at the Wayback Machine Staples Center. İstifadə tarixi: 24 Mart, 2014
- Kalinovskiy, Mayk; Fişermen, Eddi; Moeller, Cef; Altieri, Maykl; Nikson, Nik (2014). LA Kings 2014-15 Media Guide. Los-Anceles Kralları. səhifə 327.
- JAMA – Sports & Recreation. 2011-07-12 tarixində bu mənbədən arxivlənib. Wayback Machine