Stereoqrafik proyeksiya

Stereoqrafik proyeksiya - kristalın kristalloqrafik və optik istiqamətlərinin müstəvi təsvirini vermək üçün işlədilən proyeksiya. Stereoqrafik proyeksiya kristalın mərkəzi nöqtəsindən ixtiyari radiusla ətrafında çəkilən sferanın köməyi ilə əldə edilir. İki cür stereoqrafik proyeksiya olur: xüsusi stereoqrafik və qnomostereoqrafik. Xüsusi stereoqrafik proyeksiya üz və tillər sferanın səthinədək bilavasitə uzadılır. Bu halda üzlər sferada böyük dairələrin qövslərini, tillər — nöqtələr verir. Qnomostereoqrafik proyeksiyada isə üz və tillər onlara normal (perpendikulyar) surətlərlə əvəz olunur (üzlər — radius — normallarla, tillər — onlara perpendikulyar müstəvilərlə). Bunları sferanın səthi ilə kəsişənədək davam etdirdikdə üzlər sferada nöqtə, tillər isə böyük dairələrin qövslərini verir. Nöqtə və qövslər sferanın ekvatorial (proyeksiya) müstəvisinə proyeksiya edilir. Sferanın baş nöqtə adlanan cənub, ya da şimal qütbü sferadakı nöqtələr şüalarla birləşdirilir. Bu şüaların proyeksiya müstəvisini kəsdiyi yerdə sferadakı nöqtələrin proyeksiyası alınır. Sinonim: Qrammastereoqrafik proyeksiya. 

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.