Stepan Bandera

Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi.[2]

Stepan Bandera
Stepan Andreyeviç Bandera
Doğum tarixi
Doğum yeri Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhərlənmə[d]
Təhsili
  • "Lvov Politexnikası" Milli Universiteti[d]
Fəaliyyəti siyasətçi
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Stepan Bandera monument in Ternopil.

Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub. 1914-cü ildə başlayan dünya müharibəsi Stepanın ibtidai təhsil almasını mümkünsüz edir. İlk təhsilini atasından alan Stepana başlayan müharibədə böyük təsir edir. 3 dəfə müharibənin atəş xətti doğma kəndlərindən keçir. Son 1917-ci ildə evlərinə böyük zərər dəysədə Bandera ailəsindən tələfat olmur. Müharibənin sonlarına yaxın Avstrya-Macarıstna İmperiyasının zəifləməsi ilə Ukrayna Milliyətçi hərəkatı güclənir. Stepanın atası Andrey, 19 oktyabr 1918-ci ildə yaranan Qərbi Ukrayna Xalq Respublikasının parlamentinə Ukrayna milli radasının Stanislav şəhərindən millət vəkili olur. Anası isə müvəqqəti olaraq uşaqlarıyla birlikdə Ukraynanın Qərbindəki Yagelnitsa kəndinə köçür. 1919-cu ildə Ukrayna Qalisya ordusunun Polşa ilə müharibədə məğlub olması ilə Bandera ailəsi yenidən öz doğma kəndlərinə geri qayıdırlar. Qalisiyada isə vəziyyət gərinləşir. Şərqi Qaliçyanın Polşa tərəfindən ələ keçirilməsi ilə Polşa və Ukrayna milliyətçiləri üz-üzə gəlir. 1920-ci ildə Çexoslavakiyada Ukrayna Hərbi təşkilatı yaradıldı. Təşkilatın yaradıcları Ukrayna-Qaliçya ordusunun keçmiş zabit və əsgər heyəti idi. 1929-cu ildə isə UHT-nın bazasında Ukrayna Milliyətçi Təşkilatı yaradıldı. Ukrayna milliyətçiləri Ukraynanın Sovet imperiyası və Polşa arasında bölünməsi ilə iki cəbhədə savaşmalı oldular. Ən dəhşətlisi isə Rusiyaya qarşı əks mövqedə duran bu iki millətin bir-birinə qarşı mübarizəyə başlamasıydı.

Stepan belə ziddiyətli siyasi və hərbi şəraitdə 1919-cu ildə Striy şəhərində gimnaziyaya daxil olur. Stepan gimnaziyada 8 il təhsil aldı. Gimnaziya bütünlüklə Ukraynalı tələbə və müəllimlərdən ibarət olsada Polşa hakimiyyətinin təziqi ilə Polşa milliyətçiliyi təbliğ edilirdi. Buda gimnaziyada oxuyan ukraynalı tələbələr arasında milliyətçi ruhun yüksəlməsinə səbəb olurdu. Gimnaziyanın 4-cü sinifində onu ən çox sevindirən hadisə baş verdi Ukrayna milliyətçilərinin gizli casus təşkilatı “Plast”a qəbul olundu. Bandera bu təşkilatda özünü göstərə bilir. Eyni zamanda yaşıdları arasında öz dünyagörüşü və milliyətçi ideyaları təbliği ilə seçilir. Məhz onun liderliyində Qərbi Ukraynanın 2 böyük gənc milliyətçi qrupu: Dövlətçi Ukrayna Gəncləri və Ukrayna gimnasizyasının yuxarı sinif şagirdləri qrupu, Ukrayna Milliyətçi Gənclər Təşkilatı daxilində birləşdi. Gənc Stepan boş vaxtlarında isə gitar və mandalində ifa edir həm də şahmat oynayırdı.

1927-ci ildə Gimnaziyanı bitirən Stepan Çexoslavakiyanın Poderbrad şəhərindəki Ukrayna İqtisadiyyat Akademiyasında təhsilini davam etdirmək istəyir. Lakin Polşa höküməti Stepana xarici pasport vermir. Stepan doğma kəndinə qayıdır və orda maarifçilik işləri ilə məşğul olmağa başlayır. Stepan həvəskar teatr qrupu və mütəşəkkil idman klubu yaradır. Kəndində oxuma klubu yaradaraq gənclərin mariflənmə işinə nəzarət edir. Bu fəaliyyəti Stepanı, gimnaziyadan dostu Stepan Oxrimavoç vasitəsi ilə Ukrayna Hərbi Təşkilatına gətirib çıxarır. 1928-ci ildə UHT-na üzv olan Stepan təşkilatın təbliğat şöbəsində fəaliyyətə başlayır. Həmin il Lvov şəhərinə gələn Stepan Lvov Politexnik İnstitutunun aqronomiya fakultəsinə daxil olur. 1929-cu ildə yaranan Ukrayna Milliyyətçi Təşkilatının ilk üzvlərindən biri olur. Stepanın təşkilatda ilk vəzifəsi Kaluş rayonunda gizli miliyyətçi ədəbiyyatın yayılması, Lvov tələbələri arasında təbliğat aparılmasından ibarət olur. 1928-1930-cu illər arasında “Millətin fəxri” adlı yeraltı aylıq satirik jurnalda muxbir vəzifəsində işləyib. Stepan öz məqalələrini “Matvey Qordon” təxəllüsü ilə yazırdı. 1931-ci ildən xariclə əlaqəni gücləndirən gənc Stepan xaricdə Ukrayna milliyətçiliyinə aid nəşrləri ölkəyə gizli yolla gətirməyə başladı. 1932-ci ildə Dansiqdə kəşfiyyat kursu keçərək geri qayıdan Stepan UMT-nin Qərbi Ukrayna üzrə hərbi komendantı vəzifəsinə gətirilir. 1930-1933 –cü illər arası bandera 5 dəfə həbs olunur lakin haqqında heç bir sübut tapılmadığına görə hər dəfə 2-3 gün həbsdə tutulduqdna sonra azadlığa buraxılır. 22 dekabr 1932-ci ildə UMT-nin iki üzvü Bilasa və Danilişinanın edam ediləcəyi saatda Stepan Bandera və Roman Şuxeviç bir etiraz kompaniyası hazırlayır. Belə ki, edamların həyata keçirləcəyi saatda edamlara etiraz olaraq Lvovda olan Ukrayna kilsələri zəng çalmağa başlayır.

Bandera 1932-1933-cü illərdə Ukraynada yaranan kütləvi aclığa qarşı dəstək aksiyalar təşkil etdi. Eyni zamanda UMT Qərbi Ukraynada onlara qarşı hərəkətə keçən, Şərqi Ukrayna Komunist partiyasına qarşı mübarizəyə başladı. UMT-in 3 iyun 1933-cü ildə Lvov şəhərində keçirilən konfransında Sovet konsuluna qarşı hücum qərarı alındı. Əməliyyata Stepan Bandera şəxsən başçılıq edirdi. Lakin konsulun yerində olmaması əməliyyatın uğursuz alınmasına səbəb oldu. Əməliyyatı həyata keçirən Nikolay Lemiki Polşa hakimiyyəti ömürlük həbsə məhkum etdi. 1933-cü ildə baş tutan konfransda UHT-nin yenidən yaradılması Qərbi Ukrayna UMT-nin sturukturlarının təkmilləşdirilməsi qərara alındı. Struktur dəyişiklikləri və silahlı aksiyalar daha çox Banderanın rəhbərliyi altındakı bölməyə təsir etdi. Bandera sərhəd bölgələrində müxtəlif partiyaların gizli fəaliyyətinə diqqətin artırılması, kurslar vasitəsilə kütləvi idealist hərəkatın yaranması, polyaklarla silahlı mübarizə üçün kütlələrin cəlb edilməsinin vacib olduğunu vurğulayırdı. Bu məqsədlə kadr hazırlanması üçün Qərbi Ukraynada təşkilat işlərinin yenidən qurulması, tələbə , sabiq hərbiçilər, fəhlə və kəndlilər arasında təbliğatın gücləndirilməsi üçün çalışırdı. 1934-cü ildə UMT-nın fəaliyyəti geniş vüsət aldı, Polşa hakimiyyətinə qarşı silahlı müqavimət göstərilməsi qərara alındısada bu qərar həyata keçirilmədi.

15 iyun 1934-cü ildə Polşa Daxili İşlər naziri Bronislav Peratskoqa qarşı UMT tərəfindən sui qəsd həyata keçirildi. Nazir hadisə yerindən qaçmağı bacarır lakin daha sonra xaricə qaçan gənc Qriqori Matseyko tərəfindən öldürülür. Hadisədən sonra Polşa-Çexiya sərhəddini keçməyə çalışarkən Stepan Bandera Polşa polisi tərəfindən həbs edilir. Bandera məkməyə qədər 1 il ərzində tək adamlıq kameraya salınır əlləri zəncirlənir və yalnız yemək zamanı əlləri açılırdı.

18 noyabr 1935-ci ildə Ukrayna milliyyətçilərinin ilk məhkəməsində Bandera “Ukrayna vətəndaşları Polşa qanunverciliyinə tabe deyil” deyərək Polyak dilində ifadə verməkdən imtina etdi. 13 yanvar 1936-cı ildə məhkəmə son qərarını verdi, Nikolay Lebedev, Yaroslav Karpintsem və Stepan Bandera üçün edam hökmü verildi. Edam hökmü oxunan zaman Bandera “Ukrayna daim yaşayacaq” deyə qışqırır. Daha sonra edam hökmü ömürlük həbslə dəyişdirilir.

1 iyul 1936-cı ildə Bandera Varşavada həbsxanaya gətirilir. Lakin həbsxana şərtləri həddindən artıq ağır idi. 1937-ci ildə məhkum yaxınlarının gətirdikləri bağlamalara görə məhdudiyyət qoyulmasına qarşı Bandera və UMT-ın digər üzvləri 16 gün aclıq aksiyası keçirdilər və nəticədə güzəştlər əldə etdilər. Həmin il Banderanın həbsxanadan qaçırılması üçün edilən uğursuz cəhddən sonra Bandera karsere keçirilir digər UMT-ın üzvləri isə Polşadakı digər həbsxanalara göndərilir. Bir müddət sonra Bandera Brest qalasındakı həbsxanaya yerləşdirilir və yalnız Almaniyanın Polşaya hücumundan sonra azadlığıa çıxa bilir.

Həbsdən çıxdıqdan sonra Şərqi Ukraynda Sovet işğalına qarşı UMT-ın Şərqi Ukrayndada təşkilatlanması üçün işə başladı. 3 iyun 1940-cı ildə Stepan Bandera Krakovda Yaroslav Oparovski ilə evləndi.

1940-cı ildə UMT-da Stepan Bandera və polkovnik Andrey Melnik arasındakı qarşıdurma parçalanmaya gətirib çıxardı. Lakin 1 il sonra Bandera UMT-in rəhbəri seçildi. Bandera ilk olaraq bütün Ukraynada Sovet İmperiyasına qarşı ukrayna milliyətçilərini silahlı mübarizə üçün hazırlamağa başladı. Bunun üçün gizli olaraq Kiyev və Lvovda iki mərkəz qurdu.

II Dünya mühairbəsinin başlaması ilə Bandera tabeçiliyində birliklərlə almanlarla birlikdə Sovet imepriyasına qarşı mübarizə aparmaq üçün işlərə başladı. İlk olaraq Almaniyada Ukrayna Milli Komitəsi yaradıldı. Lakin Banderanın fikrində tam müstəqil Ukrayna var idi və o Almanların nəzarəti altında yox almanlarla müttəfiq olaraq Sovetlərlə mübarizə aparmaq istəyirdi. 30 iyunda 1941-ci ildə almanların Lvov şəhərini ələ keçirməsi ilə həmin gün UMH rəsmisi Yaroslav Steçko “Ukrayna dövlətinin dirçəliş aktını” oxuyaraq Ukrayna torpaqlarında yeni Ukrayna dövlətinin qurulduğunu bəyan etdi. Növbəti gün Ukraynadakı kilsə xadimləridə bu işə cəlb edildi. UMH nəzdnində yerli idarəetmə strukturları yaradıldı. UMH-nın Sovetlərə qarşı almanlarla əməkdaşlıq etmək istəyinə baxmayaraq almanlar yeni yaranan Ukrayna dövlətini tanımaq istəmədilər. UMH-ın üzvləri almanlar tərəfindən həbs edildi. 5 iyulda almanlar Banderanı Ukraynanın suveren hüquqları haqda danışıqlar üçün dəvət etdi. Görüşə gələn Bandera almanlar tərəfindən həbs edildi. Almanlar Banderadan Ukraynanın müstəqillik aktından imtina etməsini tələb etdi lakin Bandera bunu qəbul etmədi. Stepan Bandera konslagerə göndərildi.

Konslagerdə həyatını davam etdirən Bandera 1942-ci almanlar tərəfindən yaradılan Ukrayna İstiqlal Ordsunun yaradılmasının xaricində qaldı. Lakin UİO-nun birçox üzvü öz hərəkatlarını Banderanın adı ilə bağlayırdı. Bandera bütün Ukrayna milliyyətçiləri üçün böyük lider kimi qəbul edilirdi. 1943-cü ildə UİO artıq ən güclü anti-sovet güclərindən birinə çevrilmişdi xüsusən əks-kəşfiyyatda əvəz olunmaz xidmətlər göstərilirdi. Lakin Ukraynada vəziyyəti gərginləşdirən başqa amillərdə vardı. Polşa milliyətçiləri milli dövlətlərinin süqutuna səbəb olan almanlara qarşı SSRİ ilə birlikdə mübarizə aparırdı, Ukraynalılar isə SSRİ-yə qarşı almanlarla birlikdə mübarizə aparırdı.

1944-cü ilə gəldikdə Almaniya üçün cəbhədə vəziyyət onların əleyhinə dəyişməyə başlamışdı. Bu səbəbdən yeni ittifaqlar yaratmaq üçün 25 sentyabrda həbs etdikləri ukrayna milliyətçilərini Stepan Bandera başda olmaqla azad etdilər. Almanlar Ukraynanın müstəqilliyini tanımağa hazır olduqlarını bildirsələrdə bu səfərdə onların təklifini Bandera qəbul etmir. 1945-ci ildə UMT növbəti konfransında Stepan Bandera təkrar qurumun sədri seçildi. Müharibənin sona çatması ilə Banderanın başçılıq etdiyi qurum Sovet Ukraynasında gizli fəaliyyətini davam etdirirdi.

Stepan Bandera müharibədən sonra Münhendə həyatını davam etdirdi. Maliyyə vəziyyətinin pis olmasına baxmayaraq UMT-nın fəaliyyətinin davma etməsi üçün əlindən gələni edirdi. Sovet əks-kəşfiyyatı isə Bandernaın öldürülməsi üçün müxtəlif planlar hazırlayırdı. Bandera həm UMT-ın üzvləri həm də Britaniya əks-kəşfiyyatı tərəfindən qorunurdu. Bütnü bunalra bamxayaraq 15 oktyabr 1959-cu ildə Stepan Bandera Sovet DTK əməkdaşı Boqdan Staşinksi tərəfindən qətlə yetirildi. DTK əməkdaşı daha sonra alman polisi tərəfindən həbs edildi və 8 il həbs cəzasına məhkum edildi. Həbsdən çıxdıqdan sonra isə onun taleyi barədə heç bir məlumat yoxdur.

Bütün həyatını Ukraynanın müstəqilliyi uğrunda mübarizəyə sərf edən milliyyətçi Stepan Bandera bu gün Ukrayna milli qəhrəmanıdır.

Xarici keçidlər

  1. Deutsche Nationalbibliothek Record #118652303 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Həsən Akifoğlu. "Stepan Bandera". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.