Stendal
Stendal (fr. Stendhal; 23 yanvar 1783 – 23 mart 1842) əsl adı Mari-Henri Beyle olan fransız yazıçı.
Mari-Anru Beyl | |
---|---|
fr. Stendhal[1] | |
Doğum adı | Marie-Henri Beyle[1] |
Təxəllüsü | Stendal |
Doğum tarixi | |
Doğum yeri | Qrönobl, Fransa |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, avtobioqraf[d], gündəlik yazıçısı[d], bioqraf, roman yazıçısı, diplomat, sənətşünas |
Əsərlərinin dili | fransız dili[1] |
İstiqamət | realizm |
Janr | roman |
Tanınmış əsərləri | |
Mükafatları | |
Stendal Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış "Qırmızı və qara" və 1839-cu ildə yazılmış "Parmanın kartezian kilsəsi" romanları ilə tanınır.
Həyatı
1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya səfərində (1800) iştirak etmişdir.1806–14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleonun süqutundan sonra İtalyaya getmiş, karbonarlar hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir.
1814-cü ildə Milana köçmüşdür. Stendalın 200-dən çox ədəbi təxəllüsü olmuş, lakin Stendal (alman sənətşünasir Vinkelmanın doğulduğu kiçik şəhər) təxəllüsü ilə məşhurlaşmışdır. Bir sıra əsərləri ölümündən sonra nəşr olunmuşdur. İlk əsərləri musiqiyə aid olmuşdur. Stendalın ədəbi yaradıcılığı fransız tənqidi realizminin ilkin mərhələsidir: "Roma, Neapol, Florensiya(1817)" , "Məhəbbət haqqında(1822)" Rasin və Şekspir (1823–1825) " və s. kitablarında idealist esstetikaya, ədəbi ehkamlara, incəsənatin ictimai vəzifəsini,
realizmi, təbiiliyi və hayatiliyi mudafiə etmişdir. S. romanlarında xüsusilə məşhur " Qırmızı və Qara" romanında burja cəmiyyətinin ictimai və əxlaqi çürüklüyü , Fransa burja inqilabından sonrakı ictimai həyat, mutərəqqi, inqilabi qüvvələrlə irtiça arasındakı mübarizə əksini tapmışdır. Həm kohnə mürtəci qüvvələrin nifrəti və yeni burja qaydalarının amansızlığı ilə qarşılaşan yeksək təbiətli, bacarıqlı, ehtiraslı gənc nəsil bu mübarizədə çox vaxt məğlub olmuşdur.
Əsərləri
Romantizm dövründə yaşamış Stendalın realist əsərləri kifayət qədər qiymətləndirməmişdi. Stendalın əsərləri özündə ironiyanı, psixoloji və tarixi təsvirləri birləşdirir.
Stendal romanlar novellalar müəllifidir. Bununla yanaşı onun "Napoleonun həyatı" adlı bioqrafik və avtobioqrafik əsərləri də var.
- "Roma, Neapol, Florensiya"1817)
- "Məhəbbət haqqında"1822)
- " Rasin və Şekspir"(1823–1825)
- " Armans"(1827)
- Vanina Vanini (1829)
- Qırmızı və qara (1831)
- "Parma monastrı" (1839)
- " Lucyen Leven" (1834–1836)
- "Anri Bryuların həyatı" (1835)
- "Xudbinin xatirılıri"(1832)
- "Lamyel" (1839–1842. bitməmişdir)
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.