Stemford Bric

Stemford Bric (ing. Stamford Bridge) — İngiltərənin paytaxtı London şəhərinin Fulhem borosunda yerləşən futbol stadionu. Stadiondan Çelsi FK-u ev stadionu kimi istifadə edir. Stadionun tutumu 41.798 nəfərdir. İngiltərənin ən böyük 9-cu stadionudur. Stadion Çelsi azarkeşlərinin qurduğu "Çelsi Stadion Sahibləri" (ing. Chelsea Pitch Owners) şirkətinə aiddir.

Stemford Bric
Oyun zamanı
Oyun zamanı
Tam adı Stemford Bric stadionu
Qeyri-rəsmi adı "Körpü"
Yeri Fulhem, London, İngiltərə İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Təməli qoyulub 1876
Açılış tarixi 27 aprel 1877
Yenidən qurulma tarixi 1904-1905, 1990.
Memar Arçibald Leytç
Sahibi "Çelsi Stadion Sahibləri"
Tamaşaçı tutumu 41.798
Ev sahibi komanda "London Atletik" FK (1877-1904)
"Çelsi" FK (1905-h.h)
"London Monarxs" FK (1997)
Meydançanın ölçüləri 103 x 67 m
Ot örtüyü təbii ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Stadion boş halda ikən

Stemford Bric İngiltərənin ən qədim stadionlarından biridir. Tikintisinə 1876-cı ildə başlanmış, açılışı isə 1877-ci ilin 28 aprelində başvermişdir. 1905-ci ildən burada "Çelsi" FK ev oyunlarını keçirir. "Körpü" ləqəbi ilə də tanınır.

Yenidənqurma

Çelsi rus milyarder Roman Abramoviçin əlinə keçməmişdən qabaq maddi sıxıntılar çəkən klub idi. Belə ki, komanda rəhbərliyi maddi problemlər üzündən stadionu itirməmək üçün Stemford Brici 1997-ci ildə "Çelsi Stadion Sahibləri" şirkətinə satmışdılar.

Bir neçə il sonra Çelsi dünyanın ən güclü futbol klublarından biri olmuşdur. Stemford Bric artıq komanda üçün kiçik idi. Bunun üçün stadion ərazisinin satılıb yenisi tikilməsi qərarlaşdırılmışdır.

Mitinqlərin 61.6 faizi satışa çıxarılmışdır.

Tribunalar

Stadion 4 əsas tribunadan ibarətdir:

  • Matyü tribunası
  • Şərq tribunası
  • Şed tribunası
  • Qərb tribunası

Əsas oyunlar

İngiltərə Kubokunun finalları

Year Azarkeş Qalib Finalçı
1920 50.018 Aston Villa 1–0 Haddersfild Taun
1921 72.805 Tottenhem Hotspur 1–0 Vulverhəmpton Uonderers
1922 53.000 Haddersfild Taun 1–0 Preston Nort End

Beynəlxalq oyunlar

TarixEv sahibiHesabQonaq
11 dekabr 1909İngiltərə həvəskarlar komandası9-1Hollandiya
5 aprel 1913İngiltərə1-0Şotlandiya
20 noyabr 1929İngiltərə6-0Uels
7 dekabr 1932İngiltərə4-3Avstriya
11 may 1946İngiltərə4-1İsveçrə
25 mart 2013Braziliya1-1Rusiya

Qalereya

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.