Steins;Gate Elite

Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur.

Steins;Gate Elite
Yayımlayanlar Spike Chunsoft
Buraxılış tarixləri 20 sentyabr 2018, 19 fevral 2019
Janr vizual roman
Texniki məlumat
Platforma Microsoft Windows, PlayStation 4, PlayStation Vita[d], Nintendo Switch[d], iOS
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], yapon dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1]
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə sensor ekran
Rəsmi saytı
Rəsmi saytı

Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir.

Ümumi baxış

"Steins;Gate Elite" elmi fantastika[2] janrında olan vizual roman[3] və interaktiv film oyunudur.[4] 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır.[5][6][7] "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq[8] tam animasiya olunmuşdur.[9] Oyundakı animasiya səhnələrinin çoxu 2011-ci ildə yayımlanmış "Steins;Gate" anime serialından götürülmüşdür.[8] Anime serialında olmayan hekayə yolları üçün White Fox tərəfindən yeni animasiya səhnələri hazırlanmışdır. Oyunda orijinal oyunun səs dialoqlarından və yazılarından da istifadə olunmuşdur.[5] Oyunçu ekrandakı mətni oxuduqdan sonra düyməyə basmalı və animasiyanı həyata keçirməlidir. Bəzi məqamlarda oyunçunun etdiyi seçimlər hekayənin budaqlanmasına və fərqli sonluqların olmasına gətirib çıxarır.[10]

İstehsal

"Steins;Gate Elite" 5pb. tərəfindən inkişaf etdirilmiş, Çiyomaru Şikura tərəfindən planlaşdırılmış və Tatsuya Matsuhara tərəfindən istehsal olunmuşdur.[11] Yeni animasiyalar anime serialının da istehsalçısı olan White Fox studiyası tərəfindən hazırlanmışdır.[8] Şikura uzun müddət vizual roman janrını necə inkişaf etdirmək barədə düşünürdü. O, tam animasiya olunmuş "Yarudora" seriyasından təsirlənmiş,[11] tam animasiya olunmuş vizual romanın personajları daha yaxşı təsvir etməsini bəyənmişdir.[12] Lakin o başa düşmüşdür ki, bu cür vizual roman hazırlamaq böyük büdcə və vaxt tələb edir. Nəticədə, köhnə animasiyalardan istifadə etməyin daha məqsədəuyğun olduğunu hesab etmiş və hekayənin böyük hissəsinin təsvir olunduğu animedən istifadə etməyə qərar vermişdir.[11]

Lakin anime səhnələrinin oyuna daxil edilməsində bir sıra çətinliklər yaşanmışdır. Tipik vizual romanda hər personaj ancaq oyunçu düyməyə basdıqca danışır və hərəkət edir, lakin animedə bir neçə personaj eyni anda danışa və hərəkət edə bilər. Buna görə də anime səhnələri yenidən işlənmiş və hər personajın hərəkətləri öz animasiyalarına bölünmüşdür. Oyunçu personaj bəzən öz mobil telefonundan istifadə etdiyi üçün buna uyğun yeni animasiyalar əlavə olunmuşdur.[11] Digər çətinlik orijinal oyun və anime adaptasiyası arasındakı fərqliliklər idi: bəzi səhnələr zamanı animedəki personajlar oyundakından fərqli məkanda ola bilirdilər. Bu cür situasiyaları həll etmək altı ay çəkmişdir.[13] İstifadəçi intefeysi də yenidən dizayn olunmuşdur.[11]

Buraxılış

Kanako İtonun 2012-ci ilə aid fotosu.
Kanako İto oyunun "Cosmic Looper" adlı açılış mahnısını ifa etmişdir.

Oyun 2017-ci ilin mayında Tokioda baş tutmuş Chiyo-ST Live 2017 Genesis tədbiri zamanı anons edilmişdir.[14] 2017-ci ildə baş tutmuş Tokio Oyun Şousu verilişi zamanı oyun nümayiş etdirilmiş və 7 dəqiqlik demo versiyası təqdim olunmuşdur.[10][15] "Tam animasiyalı macəra" kimi təqdim olunan[11] tam oyun 20 sentyabr 2018-ci ildə Yaponiyada PlayStation 4, PlayStation VitaNintendo Switch platformaları üçün buraxılmışdır.[16] Oyunun əvvəlcə 15 mart 2018-ci ildə buraxılması planlaşdırılsa da, keyfiyyəti artırmaq məqsədilə təxirə salınmışdı.[17] 2018-ci ilin martında Spike Chunsoft oyunu Şimali Amerika və Avropada PlayStation 4, Nintendo Switch və Microsoft Windows platformaları üçün buraxacağını açıqlamış[18] və 19 fevral 2019-cu ildə buraxmışdır.[19][20] İngiliscə versiya üçün orijinal oyunun ingiliscə buraxılışının mətnindən[21] və yaponca audiosundan istifadə olunmuşdur.[18] 15 oktyabr 2019-cu ildə Yaponiyada iOS versiyası buraxılmışdır.[22]

PlayStation 4, PlayStation Vita və Microsoft Windows versiyalarına 2013-cü ildə buraxılmış "Steins;Gate: Linear Bounded Phenogram" oyununun HD remasteri, Nintendo Switch versiyasına isə "Steins;Gate" oyununun 1980-ci illərin üslubunda olan 8-bit ADV versiyası daxil edilmişdir.[18][19][23]

Qəbul

Prereliz

Oyunun demo versiyasına rəy bildirən Famitsu orijianl oyunu oynamalarına və animeni izləmələrinə baxmayaraq, oyunun yeni hiss etdirdiyini bildirmişdir. Əlavə olunmuş animasiyalara görə onlar orijinal oyundakından daha çox "təcililik" hiss etdiririr.[10] Dengeki PlayStation əvvəlcə animenin animasiyaları ile remeyk hazırlamağa mənfi yanaşsa da, demonu oynayanda təəccüblənmişdirlər.[12] IGN demonu bəyənmiş, vizul romanın stabil arxa plan və şəkillərindən fərqli olaraq bu oyunun monoton hiss etdirmədiyini bildirmişdirlər.[24]

Postreliz

Oyunun PlayStation 4, Nintendo Switch və PlayStation Vita versiyaları debüt həftəsində Yaponiyada ən çox satılan 2-ci, 4-cü və 20-ci videooyunlar olmuş, ümumilikdə 30.445 nüsxəsi satılmıdır.[25] PC versiyası Steam platformasında ayın ən çox satılan yeni oyunlarından biri olmuşdur.[26]

"Steins;Gate Elite" Metacritic tərəfindən müsbət rəylər almış,[27][28] ilin ən yaxşı rəy alan 10-cu PlayStation 4 oyunu və 22-ci Nintendo Switch oyunu olmuşdur.[29] Famitsu vizual romanı oxumaq və animasiyaları izləmək kombinasiyasını bəyənmiş, yeni animasiya səhnələrini tərifləmişdir.[30]

Digər media

Oyunun açılış mahnısı "Cosmic Looper", daxili mahnıları "Technovision", "Sky Clas Observer" və "A. R.", eləcə də, birinci bağlanış mahnısı "Another Heaven" Kanako İto tərəfindən ifa olunmuşdur. İkinci bağlanış mahnısı "Annie no Yubiwa" (アニーの指輪, Anī no Yubiwa, "Enninin üzüyü") və daxili mahnı "Masquerade" Yui Sakakibara tərəfindən ifa olunmuşdur. Həm açılış, həm də bağlanış mahnıları 19 sentyabr 2018-ci ildə sinqllar kimi buraxılmışdır.[31][32] 18 mart 2018-ci ildə Mages tərəfindən tam orijinal saundtrek yayımlanmışdır.[33]

2020-ci ilin yanvarında "Science Adventure Live" tədbiri zamanı "Steins;Gate 0" oyunu üçün də "Steins;Gate 0 Elite" adlı remeyk anons edilmişdir. Oyun Mages tərəfindən hazırlanır.[34]

İstinadlar

  1. Steam. 2003.
  2. Sato. "Steins;Gate Elite's Gameplay Video Shows The Visual Novel With Anime Footage In Motion". Siliconera. Curse, Inc. 2017-09-21. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  3. Blake, Vikki. "Steins;Gate Elite review - a must-have for fans, a maybe for everyone else". Eurogamer (ingilis). 4 March 2019. 22 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2019.
  4. "Steins;Gate Elite Game's Video Shows Anime Footage With Visual Novel Script". Anime News Network. 2017-09-21. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  5. Bass. "Steins;Gate Elite listed for PS4, PlayStation Vita... and Nintendo Switch?". Destructoid. Modern Method. 2017-09-10. 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  6. Romano, Sal. "Steins;Gate Elite first gameplay video". Gematsu. 2017-09-20. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  7. Romano, Sal. "Steins;Gate Elite is a "full animation adventure game," coming to Switch". Gematsu. 2017-09-19. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  8. "『シュタインズ・ゲート エリート』フルアニメーション・アドベンチャーゲームとして新生!【先出し週刊ファミ通】". Famitsu (Japanese). Enterbrain. 2017-09-19. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
  9. "『シュタインズ・ゲート エリート』プレイインプレッションーーアニメを操作している感覚で遊べるフルアニメーションアドベンチャー【TGS2017】". Famitsu (Japanese). Enterbrain. 2017-09-21. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  10. "志倉千代丸氏インタビュー 『シュタインズ・ゲート エリート』は"ゲーム以上でいて、アニメ以上"". Famitsu (Japanese). Enterbrain. 2017-09-21. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  11. "【電撃PS】『シュタゲエリート』志倉千代丸氏へのインタビューを掲載。フルアニメーションの動画も初公開!". Dengeki PlayStation (Japanese). Kadokawa Corporation. 2017-09-21. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.
  12. Sato. "STEINS;GATE ELITE Producer On Stringing Together Its Worldlines And A Science Adventure Teaser". Siliconera. Curse, Inc. 2019-02-28. 2019-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  13. "『シュタインズ・ゲート』と『ロボティクス・ノーツ』の新作などが発表――ライブイベント"チヨスタライブ"での発表内容をお届け!". Famitsu (Japanese). Enterbrain. 2017-05-28. 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-28.
  14. "「STEINS;GATE ELITE」2018年春リリース、東京ゲームショウにプレイアブル出展へ". IGN (Japanese). Ziff Davis. 2017-09-09. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  15. "『シュタインズ・ゲート エリート』の発売日が9月20日に決定! 豪華特典を同梱した完全受注生産限定版も発表". Famitsu (Japanese). Enterbrain. 2018-06-18. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  16. Romano, Sal. "Steins;Gate Elite delayed to general 2018 in Japan". Gematsu. 2018-02-13. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  17. Romano, Sal. "Steins;Gate Elite coming west for PS4, Switch, and PC in 2018". Gematsu. 2018-03-23. 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  18. Sato. "Steins;Gate Elite Launches In The West On February 19, 2019 For PS4 And Switch". Siliconera. Curse, Inc. 2018-09-25. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  19. Romano, Sal. "Steins;Gate Elite for PS4 and Switch launches February 19, 2019 in North America". Gematsu. 2018-09-25. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-26.
  20. Sato. "More Mages Games And Robotics;Notes May Come To The West [Update]". Siliconera. Curse, Inc. 2018-03-23. 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-23.
  21. Madnani, Mikhail. "'Steins;Gate Elite', Which Is a Remake of the Original Visual Novel from 5pb., Is Coming to iOS Next Week in Japan". TouchArcade. 2019-10-11. 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
  22. Romano, Sal. "Steins;Gate Elite first-print copies in Japan include Famicom-style Steins;Gate on Switch, Linear Bounded Phenogram HD on PS4 and PS Vita". Gematsu. 2017-12-14. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-14.
  23. "ゲームとアニメのいいとこ取り「STEINS;GATE ELITE」インプレッション". IGN (Japanese). Ziff Davis. 2017-09-22. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  24. "「STEINS;GATE ELITE」や「ゼノブレイド2 黄金の国イーラ」などの新作が登場の「週間販売ランキング+」". 4Gamer.net (Japanese). Aetas, Inc. 2018-09-26. 2018-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  25. "Best of 2019: New Releases". Steam. Valve. 26 December 2019. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
  26. Dietz, Jason. "The Best Videogames of 2019". Metacritic. CBS Interactive. 2020-01-03. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-19.
  27. "いとうかなこさんが歌う『シュタインズ・ゲート エリート』OPテーマ 『COSMIC LOOPER』のジャケットデザインが公開". Famitsu (Japanese). Enterbrain. 2018-08-14. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
  28. "『シュタインズ・ゲート エリート』のEDテーマとなるファンタズム(FES 声:榊原ゆい)NEWシングル『アニーの指輪』のジャケットデザインが公開". Famitsu (Japanese). Enterbrain. 2018-08-27. 2018-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
  29. "『シュタインズ・ゲート エリート』10周年記念曲も収録されたサントラが3月18日に発売決定!". Famitsu (Japanese). Kadokawa Game Linkage. 2020-01-24. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  30. "『シュタゲ』ハリウッド実写化や『シュタインズ・ゲート ゼロ エリート』制作決定! "科学ADVライブS;G1010th Anniversary"発表まとめ". Famitsu (Japanese). Kadokawa Game Linkage. 2020-01-26. 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-26.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.