Steam

Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir.

Steam
Loqonun şəkli
Müəllif Valve[1]
Tərtibatçı Valve
Proqramlaşdırma dili C++, Java, Objective-C
Əməliyyat sistemi Microsoft Windows, macOS, Linux, Android, iOS, Windows Phone
Yayımlanma tarixi 12 sentyabr 2003
Platforma Android, Microsoft Windows, Unix bənzəri
Sonuncu versiya
Sayt store.steampowered.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2013-cü ilin may ayında,artıq Steam-də dörd mindən çox oyun yayılır.Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir.Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib.Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır.

Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar,treylerlər yayımlanırdı ancaq,Valve bir neçə dəfə bildirmişdi ki onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi,filmlərin yayımına da başlayacaqlar.

2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker,Art Rage kimi proqramlar mövcuddur.

Yaranma tarixçəsi

Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı.Steam-ın tarixçəsi 1999 ildə Team Fortress ClassicCounter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı. Hələ bu iki oyun final stadiyasına çatmamışdılar ancaq ən yaxşı multipleyerlərdən biri hesab olunurdular.Həmçinin,bu vaxtda artıq bu oyunların istifadəçilərinin sayı 2-3 minə çatmışdı.TFC və CS oyunçularının sayı bir neçə ildən sonra qat-qat çoxalmağa başladı.Bu hadisələri diqqətlə müşahidə edən Valve şirkəti artıq,ənənəvi onlayn-oyunların hazırlanmasına yenidən,başqa bir açıdan başlamaq istəyirdi.Onların əsas məqsədlərindən biri də gələcəkdə bu proqramın istifadəçilərinin sayının daha da çoxalması idi.Bunun üçün isə artıq oyunların avtomatik şəkildə yenilənməsi,VAC-ın daha da təkmilləşdirilməsi və s. kimi vacib ünsürlər müəlliflərin qarşısında maneəçilik törədirdi və onlar belə qərara gəldilər ki,artıq yeni bir sistem yaratmaq lazımdı,bütün səciyyəvi əməliyyatlar bu platforma vasitəsilə həyata keçirilməli idi.Ancaq bu ideyanın həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Valve şirkəti özünə yeni əməkdaşlar axtarırdı bunlardan biri də Yahoo!,Cisco,Amazon idi.Ancaq bu şirkətlərdən heç biri Valve-nin təklifini qiymətləndirə bilmədi.Ancaq bu platforma Valve üçün o qədər dəyərli idi ki,artıq onların özü bu sistem üzərində işləməyə başladılar.

Steam birinci dəfə 2002-ci ilin 22 mart ayında,Game Developers Conference-də təqdim olundu.Steam-ın 1.0 versiyası CS 4.1 beta-versiya vaxtlarına təsadüf edirdi.CS 4.1-in beta-testerləri bu proqramı məcburi olaraq yükləməli idilər,ancaq,proqram final versiyanın əlavə komponenti kimi hesab olunurdu.

Proqramın adı

Steam (azərb. buxar) — şirkətin özunə aid söz oyunudur. Məsələn, Valve şirkətinin adı ingilis dilindən tərcümədə klapan deməkdir.Bundan başqa bu tematikada olan sozləri şirkətin başqa məhsullarında muşahidə etmək olar: Steamworks (azərb. buxar işləri), Steam Cloud (azərb. buxar buludu), Source (azərb. mənbə). Bu maraqlı hadisəni Half-Life oyununda da muşahidə etmək olar.

Oyun sənayəsinə olan təsiri

Steam-ın yaranması indi-oyunların (ing. indie games) yayılmasında çox müsbət rol oynadı.Steam-dən qabaq belə oyunlara muəlliflərin nəşrci tapmağı çətin məsələ idi.Standart olmayan oyunları nəşr etmək hər bir şirkət üçün riskli iş idi.Bu oyuna alıcıların munasibəti və s.Ancaq rəqəmsal nəşr vasitəsilə artıq muəllif qutuların dokumentasiyasından,disklərin çapından və digər bunun kimi artıq xərclərdən azad ola bilərdi.

Artıq Valve Steam oyunlar olan DarwiniaRed Orchestra-nı yayımladıqdan sonra,bu oyunlara görə nəşrçilər tapıldı.Bu da səbəsiz deyildi,bu oyunlar Steam-də çox populyar idi.

Həmçinin Steam-ın yayılması rəqəmsal nəşrçiliyə bütünlüklə təsir etdi.Half-life 2 (Steam-ın qurulmasını vacib edən oyun) çıxdıqdan dərhal sonra,bu servislə maraqlanan oyunçuların sayı durmadan artmağa başladı.Steam rəqəmsal nəşriyyatda ilk uğurlu layihə oldu (Half-Life 2-nin kopyasının 25%-ə qədəri Steam vasitəsilə yayıldı).

Birlik

Steam Birliyi, istifadəçilər və Steam'də mövcüd olan bütün məzmunlar üçün aşağıdakı əlavə xidmətlər təklif edir:

  • Sosial media kimi dostlarının siyahısını yaratmaq, qrup yaratmaq, qruplara daxil olmaq,
  • Steamdə mövcud olan oyun, proqram və videolar haqqında forum müzakirələri yaratmaq, müzakirələrə qoşulmaq,
  • Dostlar ilə söhbət etmək, oyunlara dəvət etmək, oynadıqları oyunları göstərmək,
  • Oynanılan oyunun canlı paylaşmaq,
  • Əldə edilmiş oyunlardan götürülən ekran görüntülərini saxlamaq, birlik ilə paylaşmaq,
  • Steamdə mövcüd olan məzmun haqqında rəhbər, mod, element yaradıb paylaşmaq,
  • Oyunlar üçün əlavə məzmunlar almaq.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.