Stavrak (imperator)

Stavrak (yun. Σταυράκιος)(77511 yanvar 812, Konstantinopol) — Bizans imperatoru.[1][2][3]

Stavrak
ƏvvəlkiI Nikefor
SonrakıI Mixail
Şəxsi məlumatlar
Doğum tarixi 775
Vəfat tarixi 11 yanvar 812
Vəfat yeri
Vəfat səbəbi qanqren
Fəaliyyəti siyasətçi
Atası I Nikefor (imperator)
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bizans imperatoru I Nikeforun yeganə oğludur. Anasının adı bilinmir. 803-cü ildə atası tərəfindən ortaq imperator elan edildi. 20 dekabr 807-ci ildə vaxtilə atasının taxtdan endirdiyi İmperatriça İrinanın qohumu Afinalı Teofanoyla evləndirilmişdir.

Atasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə atası həlak oldu. Özü isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi. Bu səbəblə saray əyanları 2 qrupa ayrıldı: bir qrup əyan imperatorun xanımı Afinalı Teofanonu, bir qrup isə bacısı Prokopiyanın əri Mixaili dəstəkləyirdi.

Nəhayət, 2 oktyabr 811-ci ildə baş tutan saray çevrilişiylə Stavrak taxtdan endirildi və Konstantinopol yaxınlığında bir monastıra yerləşdirildi. Yerinə isə bacısı Prokopiyanın əri Mixail taxta çıxarıldı. Monastıra tərk edilən Stavrak çox keçmədən 11 yanvar 812-ci ildə vəfat etdi.

İstinadlar

  1. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  2. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  3. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.