Statik elektrik
Statik elektrik(static electricity,статическое электричество)-obyektdə toplanmış elektrik yükü; yük daşıyıcıları hərəkət etmədiyindən statik adlandırılır. Statik yüklər 1000 V və ya daha yüksək səviyyəyə çata bilər, ancaq bu, insan üçün təhlükəsizdir, çünki bu halda cərəyan çox da böyük olmur. (Canlı toxumaların zədələnməsinə yalnız gərginlik deyil, cərəyan və gərginliyin kombinasiyası səbəb olur.) Fəqət elektron sxemlərdən keçən statik elektrikin boşalması tez-tez onları sıradan çıxardır, çünki inteqral sxemlərin əksəriyyəti statik yüklərin yaratdığı gərginlikdən əhəmiyyətli dərəcədə aşağı gərginlik üçün nəzərdə tutulub.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 813 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.