Starominski rayonu

Starominski rayonu (rus. Староминский район) — Rusiya Federasiyası, Krasnodar vilayətinin tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Starominskaya kəndidir.

Starominski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

46°37′ şm. e. 38°00′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 1.030 km²
Əhalisi
Əhalisi
  • 40.761 nəf. (1 yanvar 2018)[3]
Rəsmi sayt
Starominski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Starominski rayonu Krasnodar diyarının "şimal qapısı" adlanır - rayon mərkəzindən cəmi 20 km məsafədə, Rostov vilayəti ilə sərhəd Eya çayı boyunca yerləşir. Diyarın Kuşşevski, Kanevski, Leninqradski, Şerbinovski rayonları ilə, şimalda isə Eya çayı boyunca Rostov vilayətinin Azov rayonu ilə həmsərhəddir.

Tarixi

Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Donski dairəsinin tərkibində qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Yeysk bölməsi ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 9 kənd sovetliyi daxil idi: Albaşski, Elisavetovski, Novoderevyankovski, Kanelovski, Novominski, Novoyasenski, Otradovski, Starominski, Çar-Darski. 16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi. 31 dekabr 1934-cü ildə rayon ərazisinin bir hissəsindən Novominsk rayonu və mərkəzi Şkurinskaya kəndi olan Steynqartovski rayonu ayrılır. 13 sentyabr 1937-ci ildən etibarən Starominski rayonu Krasnodar diyarının bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Steynqartovski rayonunun Bolşekozinski, Kanelovski, Krasnoselski, Şkurinski kənd sovetlikləri rayonun bir hissəsi olur. 1963-cü il fevralın 11-dən 1966-cı il dekabrın 30-dək rayon ləğv edilir, ərazisi Kanevski rayonunun bir hissəsi olur. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 5 bələdiyyə qurulur.

Əhali

1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 41 072 nəfər təşkil etmişdir. Bunların hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,8 %, qadınlar 53,2 % təşkil edir. Ümumi əhalinin 24419 (59,5 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,5 %-i pensiyaçılardır[4].

İnzibati-ərazi vahidləri

Starominski rayonunda 5 kənd inzibati vahidliyinə 21 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

Rayonun iqtisadi potensialı kənd təsərrüfatı kompleksinə, emal sənayesinə, nəqliyyata, tikinti kompleksinə, ticarətə əsaslanır.

Rayonun aqrar-sənaye kompleksinin əsas istiqamətləri kənd təsərrüfatı, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının emalıdır.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.