StarCraft

"StarCraft" (hərfi mənada "ulduz sənəti") — "Blizzard Entertainment" tərəfindən yaradılmış hərbi strateji videooyun. Oyunun elmi-fantastik əhvalatı 26-cı əsrdə vaqe olur. Həmin vaxtda üç kosmik irq arasında (terranlar, protosslar və zerqlər) müharibə gedir.

"StarCraft"
PC versiyasının qabı. Ön planda protoss, solda - zerq, sağda - terrandır.
PC versiyasının qabı. Ön planda protoss, solda - zerq, sağda - terrandır.
Hazırlayan Blizzard Entertainment
Yayımlayan Blizzard Entertainment
Sierra Entertainment
Nintendo
Seriya StarCraft
Buraxılış tarixi 31 mart, 1998 (Windows)
Lisenziya havayı proqram təminatı
Versiya 1.16.1 (21 yanvar 2009)
Sonuncu versiya
  • 1.18.1.1396
Sonuncu beta-versiya
  • 1.18.1.1396
Janrlar Hərbi strategiya
Yaş reytinqləri ELSPA: 15+
ESRB: Teen
PEGI: 16+
Dizaynerlər Kris Metsen
Ceyms Finni
Bəstəkarlar Derek Dyuk
Ceyson Heys
Qlen Stefford
Texniki məlumat
Platformalar Microsoft Windows
Mac OS
Nintendo 64
Oyun rejimləri Birnəfərli oyun, Multipleyer
İnterfeysin dili ingilis dili, fransız dili, alman dili, ispan dili, koreyaca
Daşıyıcılar CD, Nintendo 64 kartrici
Sistem tələbləri 90 MHz prosessor
16 MB OYQ
SVGA video kartı
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı, geympad
Rəsmi saytı
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun bir əlavə ("StarCraft: Brood War") və iki rəsmi addonu var. Cənubi Koreyada "StarCraft", xüsusilə "StarCraft: Brood War" üzərində peşəkar yarışlar keçirilir.

Geympley

"StarCraft"da oyunçu üç irqdən biri seçilməlidir. Hər bir irq öz fərqli qabiliyyətlərinə malikdir, lakin qüdrət cəhətindən bütün irqlər nisbətən bərabərdir. Oyunun məqsədi rəqib bazanı yaxud bir neçə bazaları dağıtmasıdır. İrqlərin hərbi potensialı toplanmış minerallar və qaza əsaslanır. Oyunçu bir baza və dörd fəhlə ilə başlanır. Terranlarda, yaxud insanlarda, həmin fəhlələr SCV (Space Construction Vehicle), protosslarda probalar, zerqlərdə isə dronlar adlanır. Fəhlələr minerallar və qaz toplayıb, müxtəlif qurmalar tikirlər. Protosslarda həmin qurmalar teleportasiya ilə, zerqlərdə isə dronların mutasiya nəticəsində meydana gəlir. ""StarCraft"ın bəzi xəritələrində rəqibi raş taktikası ilə məğlub etmək mümkündür. Həmin taktika tez hücuma yönəldilmiş iqtisadiyyata əsaslanır.

Bütün irqlərin silahları (həm incidici, həm də qoruyucu) apqreydə malikdir. O zamanda onların zərəri və qoruyucu qabiliyyətləri artılır. Bəzi hərbi vahidlər görünməzliyə malikdir və ancaq rəqib detektorlarla aşkar olunur (peşəkar yarışlarlarda həmin vahidləri kommentatorlar görürlər).

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.