Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 27 dekabr 2001
Ləğv edilib 20 aprel 2018
Rəsmi saytı azstand.gov.az

Haqqında

20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.[1]

Tarixi

1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.

— 1926-cı ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

— 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.

— 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.

— Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.

— Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 saylı fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.

— "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.

— Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur.

Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Fəaliyyətinin təşkili

Komitənin aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir.

Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumu Komitənin vahid sisteminə daxildir.

Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. Komitənin sədri vəzifəsinə görə standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikasının baş dövlət müfəttişidir. Komitə sədrinin müavinləri standartlara və ölçmə vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş dövlət müfəttişinin müavinləri, Komitənin strukturuna daxil olan qurumların və aparatının dövlət nəzarətini həyata keçirən rəhbər vəzifəli şəxsləri böyük dövlət müfəttişləri, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslər isə dövlət müfəttişləridir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.