Standartlaşdırma

Standartlaşdırmanın qısa inkişaf tarixi

Standartlaşdırmanın elementləri o zaman meydana çıxmışdı ki, hələ bu barədə heç bir termin yox idi. Buna aşağıdakıları misal göstərmək olar: Misirdə fironlar piramidaların tikintisində 410x200x130 mm ölçüyə malik kərpiçlərdən istifadə etmələri, qədim Romada su çarxlarının katapultlarının (hərbi uçucu maşın) yaradılması zamanı mütənasib ədədlər metodunun tətbiqi, romalılar tərəfindən şəhərin su kəmərinin tikintisində müəyyən diametrlərə malik borulardan istifadə olunması, parçaların ölçülərinin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, standartlar ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda və işləməkdə kömək etmişdir.

Standartlaşdırmanın metodik əsaslarının vacib prinsiplərindən biri olan "nisbi ölçülər prinsipi belə baş parmetrə əsaslanır ki, maşının istənilən hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillərdən irəli gələn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dəfə 4200 il bundan əvvəl qədim Misirdə inşaat texnikasında katapultun hazırlanmasında tətbiq edilmişdir. Standartlaşdırmaya əsaslanmış qurulmanı qeyd edirlər. İstifadə edilən daşlar dəqiq ölçülərə malikdir və bunsuz mühəndis fəaliyyəti sahəsində tarixçilər adətən qədim Misirdə piramidaların düzgün həndəsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmək mümkün olmazdı.

Vavilon qülləsinin hündürlüyü 90m-dir. Onun tikintisində 85 mln. dəqiq ölçülü bişmiş kərpiç istifadə edilmişdir. Piramidalardan fərqli olaraq burada bağlayıcı kimi asfaltdan istifadə edilmişdir. hündürlüyü 15 m olan qüllənin yuxarı mərtəbəsinə göy şirələnmiş kərpicdən üz çəkilmişdir ki, bunun da hazırlanması nəinki standart ölçülərin, həm də stabil resepturanın dürüst gözlənilməsinin nəticəsidir.

Müasir tarix hesabı ölkələrin çoxu üçün standartdır. Bir sıra ölkələrin öz tarix hesabı sistemi mövcuddur və onlar bu və ya digər ölkə miqyasında standartdır.

Əlverişli qiymətə lazımi keyfiyyətli mal əldə etmək, eləcə də, təhlükəsiz və komfortlu əmək hüquqlarını təmin edən, yerinə yetiriləsi məcburi və yaxud tövsiyə xarakteri daşıyan tələblərin, pozulmaların, qaydaların və xassələrin işlənib təyin edilməsinə yönələn fəaliyyətə standartlaşdırma deyilir.

Standartlaşdırmada məqsəd

Standarlaşdırmanın əsas məqsəd və vəzifəsi eyni məhsullar üçün vahid normanı müəyyən etməkdir.

Standartlaşdırma elm, texnika və qabaqcıl təcrübənin nəticələrinə əsaslanaraq nəinki hazırkı, həmçinin gələcək inkişafın əsasını təyin edir və

eləcə də elmi-texniki tərəqqi ilə bağlı olaraq daim inkişaf edir. O, adətən qəbul olunmuş xarakteristikaların mexaniki yığımı deyil, optimal halların və nəticələrin

seçilməsi və işlənməsidir. Standartlaşdırma elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsin təsir edən möhtəşəm vasitədir. O, elm və texnikanın nailiyyətlərinin istehsalatda geniş tətbiqi-ni təmin etməklə, maşın hissələrinin qarşılıqlı əvəz olunmasına zəmanət verir, xammal və materiallardan istifadəni yaxşılaşdırır, məhsulun keyfyyətinin ən yaxşı nümunələr səviyyəsində saxlanmasını təmin edir, istehsalatın xüsusiləşdirilməsinin inkişafında əsas rol oynayır.

Standartlaşdırmanın nəticəsi konkret obyektlər üzrə normativ-texniki sənəd olan standartların yaradılmasıdır. Standartlar standartlaşdırma obyektlərinə norma, qayda və tələblər kompleksini qoyur. Standartlar maddi əşyalar (məhsul, etalon, maddi nümunələr və s), təşkilati-metodik və ümumtexniki xarakterli dair normalar, qaydalar və tələblər üçün işlənib hazırlanır.

Standartların müəyyən olunmuş sahələrdə tətbiqi məcburidir və ona riayət olunmaması qanun məcəlləsi ilə mühakimə olunur.

İSO1BEK –in rəhbərliyi normativ sənədlərin iki əsas tətbiq üsulunu tövsiyə edir.

  • uyğun sahədə bilavasitə istifadəsini (istehsalat, sınaqlarda, sertifikatlaşdırmada və s.);
  • digər normativ sənədə daxil edilməsi.

Axırıncısı həmin normativ sənədin tam mətninin, yaxud onun bir hissəsinin digər normativ sənədə daxil olunmasını nəzərdə tutur. Həmin bu ikinci sənədin vasitəsilə o istehsalatda, təcrübədə və s. tətbiqi mümkün olur, yaxud daha bir normativ sənədə köçürülür. Məsələn, milli standarta daxil edilən beynəlxalq qayda (norma), bilavasitə müəssisədə tətbiq edilə bilər, yaxud həmin milli standarta olan qaydalar (normalar) müəssisə standartına daxil edilir.

,,Qəbul etmə” və ,,tətbiq” terminlərini bir- birindən ayırmaq lazımdır. Yuxarıda izah olunan tətbiqə aiddir. Qəbul etmə isə normativ sənədin müvafiq dövlət orqanı tərəfindən nəşr olunması nəzərdə tutur. Belə ki, beynəlxalq stan-dartın milli standarta daxil olunmasını milli normativ sənədin uyğun beynəlxalq standart əsasında nəşr olunması kimi qəbul etmək lazımdır. Beynəlxalq standartın tətbiqi birbaşa və dolayı ola bilər. Birbaşa tətbiq onun milli standartlaşdırılması sistemində qüvvədə olan normativ sənəddə qəbul olunması ilə əlaqədar deyil. Bu hal üçün beynəlxalq standart qəbul olunduğu şəkildə originalın , yaxud uyğun olanın dilində tətbiq edilir və ya standartınməzmunu təmamilə qorunur, cildində isə beynəlxalq normativ sənədin rekvi-zitləri ilə yanaşı milli standartın nömrəsi və şifri məcburi olaraq göstərilir.

Beynəlxalq standartın milli normativ sənədin daxilində uyğun sahədə istifadə olunması dolayı hesab edilir. Burada tam və qismən tətbiq variantları ola bilər, yəni başqa normativ sənədə beynəlxalq standartın məzmununun tam şəkildə, yaxud onun ayrı-ayrı müddəalarının (tələblərinin) daxil edilməsi ilə.

Standartlaşdırmanın mahiyyəti

Beləliklə, standartlaşdırmanın məqsədi real mövcud olan, planlaşdırılan və potensial məsələlərin həlli üçün təsbit edilmiş qaydaların, tələblərin, normaların geniş və çox-miqyaslı istifadə olunması vasitəsilə bu və ya digər sahədə qaydaya salınmanın optimal dərəcəsini əldə etməkdən ibarətdir.

Standartlaşdırmanın məqsədi ümumi və konkret ola bilər.

Stanlartlaşdırmanın konkret məqsədləri – fəaliyyətin müəyyən sahəsinə, malların və qulluqların istehsal sahələrinə, məhsulun bu və ya digər növünə, müəssə-yə və s. aiddir.

Standartlaşdırma iki anlayışla bağlıdır: - standartlaşdırma obyekti və standartlaşdırma sahəsi.

Bu və ya digər tələbləri, xarakteristikaları, parametrləri, qaydaları və s. işlənən məhsula, prosesə və ya qulluğa standartlaşdırma obyekti deyilir. Standartlaşdırma bütövlükdə obyektə, yaxud onun ayrı- ayrı xarakteristikalarına aid ola bilər.

Qarşılıqlı əlaqədə olan standartlaşdırma obyektləri toplusuna standartlaşdırma sahəsi deyilir.

Məsələn: maşınqayırma sənayesi standartlaşdırma sahəsidir, ancaq maşınqayırmada standartlaşdırma obyektləri, texnoloji proseslər, mühərriklərin növləri, maşınların təhlükəsizliyi və ekoloji təmizliyi və s. ola bilər.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.