Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı"[1] adlanır.[2] Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib.[3][4][5]
Stalin göydələnləri | |
---|---|
Ümumi məlumatlar | |
Növü | görməli yer, memarlıq strukturu[d], göydələn |
Ölkə | |
Koordinatlar | 55°42′11″ şm. e. 37°31′49″ ş. u. |
Şərəfinə adlandırılıb | İosif Stalin |
Vikianbarda əlaqəli mediafayllar |
İdeyanın əsası
1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu. Binanın Xilaskar Məsih Məbədinin(ru) yerində tikiləcəyi planlanmışdı. 1931-ci ildə məbəd partladıldı və tikinti 1939-cu ildə başladı. İkinci Dünya müharibəsi illərində tikinti dayandırıldı və müharibə başa çatdıqdan sonra belə bu tikinti layihəsini daha bərpa etmək mümkün olmadı. Partladılmış məbədin yerində isə fontan salındı.
Tarixi
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi Moskvada çoxmərtəbəli binalar tikmək fikrinə qayıtdı. Stalinin təklifi ilə 1947-ci il yanvarın 13-də SSRİ Nazirlər Soveti "Moskvada çoxmərtəbəli binaların tikintisi haqqında" qərar qəbul etdi.[6] Bu qərarda səkkiz çoxmərtəbəli binanın tikintisi planları təsvir edilmişdi. Binaların sayının 1947-ci ildə qeyd olunan Moskvanın 800 illik yubileyini simvolizə etməli olduğu güman edilirdi, lakin 8-ci baniannı tikintisi Stalinin ölümündən sonra dayandırıldı.[7]
Arxitektura
Stalin göydələnləri stalinist memarlığın ən aydın nümunələridir. "Stalin göydələnləri"nin memarlıq üslubu ABŞ-nin Vulvort Buldinq kimi göydələnlərinə meydan oxuyurdu.
Yeddi göydələn
Tikilməmiş göydələnlər
- Zaryadye inzibati binası(ru)
Digərləri
Arxitektura baxımından 1934-cü ildə reallaşdırılmayan Qırmızı meydandakı Ağır Sənaye Xalq Komissarlığı binasının, Aeroflot Evinin və başqa bəzi binaların dizaynı Stalin göydələnlərinin dizaynına uyğun idi.
Başqa şəhərlərdə Stalin göydələnləri
Latviya Elmlər Akademiyasının binası (Riqa), Mədəniyyət və elm Sarayı (Varşava), Xreşçatik küçəsi 25 (Kiyev) yaşayış binası , "Beynəlxalq" oteli (Praqa) və Azad Mətbuat Evi (Buxarest) dizayn baxımından stalin göydələnlərinə uyğundur. Varşavadakı Mədəniyyət və elm Sarayı SSRİ və Rusiyadan kənarda ən hündür Stalinist göydələndir. Sovet İttifaqının Polşa xalqına hədiyyəsi olaraq tikilmişdir. Varşava sakinləri bu göydələni "Stalinin xatirəsi" adlandırırlar.
İstinadlar
- Ayrat Baqautdinov Легенды инженерии Arxivləşdirilib 2017-03-12 at the Wayback Machine // Популярная механика. — 2017. — № 3. — С. 74–79.
- "The History of the European Skyscraper" (PDF). CTBUH Journal: 52. 2013. 2022-02-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-25.
- Васькин А. А., Назаренко Ю. И. Архитектура сталинских высоток Москвы: фотоальбом-путеводитель Arxivləşdirilib 2023-01-26 at the Wayback Machine. — М.: Спутник, 2006. — С. 30–32.
- Васькин А. А., Назаренко Ю. И. Сталинские небоскребы: от Дворца Советов к высотным зданиям. — М.: Спутник, 2009. — С. 83–85.
- Дерябин Ю. С. Легко ли быть послом?: записки о жизни и карьере дипломата. — М.: Весь Мир, 2010. — С. 36.
-
"Arxivlənmiş surət". Archived from the original on 2015-11-26. İstifadə tarixi: 2023-03-25.Stalin göydələnləri ISBN 5-51163-002-8 Vikianbarda əlaqəli mediafayllar - "Недоделанная высотка". Газета.ру. 2004-02-06. 2015-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-02.
- "Dünyanın səkkiz ən gözəl göydələni". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.