Stable Diffusion

Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər.[2] Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır.[3][4][5][6]

Stable Diffusion
Proqramlaşdırma dili Python
Yayımlanma tarixi 22 avqust 2022
Sonuncu versiya
  • 2 (noyabr 2022)[1]
Sayt stability.ai/stable-image
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir[7] və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-EMidjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir.[8][9]

İnkişafı

Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb.[10][9][11][12] Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb.[9] İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər.[6] Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.[6]

2022-ci ilin oktyabr ayında Stability AI Lightspeed Venture PartnersCoatue Management-in rəhbərlik etdiyi raundda 101 milyon ABŞ dolları investisiya topladı.[13]

Məhkəmə iddiaları

2023-cü ilin yanvarında, Sarah Andersen, Kelli MakKernan və Karla Ortiz adlı 3 rəssam Stability AI, MidjourneyDeviantArt-a qarşı müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmə iddiası qaldıraraq, bu şirkətlərin süni intellekt alətlərini müəllifin icazəsi olmadan internetdən götürülən 5 milyard şəkillə öyrədərək milyonlarla müəllifin hüquqlarını pozduğunu iddia etdilər.[14] Həmin ay Stability AI, şəkillərini təlimdə istifadə etdiyinə görə Getty Images tərəfindən də məhkəməyə verildi.[11]

2023-cü ilin iyulunda ABŞ-nin rayon hakimi Uilyam Orrik Andersen, MakKernan və Ortiz tərəfindən qaldırılan iddiaların əksəriyyətini rədd etdi, lakin onlara yeni iddia qaldırmağa icazə verdi.[15]

İstinadlar

  1. Stable Diffusion 2.0 Release (ing.). 2022.
  2. "Diffuse The Rest - a Hugging Face Space by huggingface". huggingface.co. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  3. "Leaked deck raises questions over Stability AI's Series A pitch to investors". sifted.eu. June 29, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  4. "Revolutionizing image generation by AI: Turning text into images". www.lmu.de. September 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-21.
  5. Mostaque, Emad. "Stable Diffusion came from the Machine Vision & Learning research group (CompVis) @LMU_Muenchen". Twitter (ingilis). November 2, 2022. July 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  6. "Stable Diffusion Launch Announcement". Stability.Ai. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-06.
  7. "Stable Diffusion Repository on GitHub". CompVis - Machine Vision and Learning Research Group, LMU Munich. 17 September 2022. January 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2022.
  8. "The new killer app: Creating AI art will absolutely crush your PC". PCWorld. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  9. Vincent, James. "Anyone can use this AI art generator — that's the risk". The Verge. 15 September 2022. January 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 30, 2022.
  10. "The AI Founder Taking Credit For Stable Diffusion's Success Has A History Of Exaggeration". www.forbes.com. June 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  11. Korn, Jennifer. "Getty Images suing the makers of popular AI art tool for allegedly stealing photos". CNN (ingilis). 2023-01-17. March 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  12. Heikkilä, Melissa. "This artist is dominating AI-generated art. And he's not happy about it". MIT Technology Review. 16 September 2022. January 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  13. Wiggers, Kyle. "Stability AI, the startup behind Stable Diffusion, raises $101M". Techcrunch (ingilis). 17 October 2022. October 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  14. Vincent, James. "AI art tools Stable Diffusion and Midjourney targeted with copyright lawsuit". The Verge. January 16, 2023. March 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2023.
  15. Brittain, Blake. "US judge finds flaws in artists' lawsuit against AI companies". Reuters (ingilis). 2023-07-19. September 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.