Stüart adası

Stüart adası[1] (ing. Stewart Island) və ya Pakiura (ing. Rakiura) — Yeni Zelandiyanın sahəsinə görə üçüncü adasıdır. Cənub adasından 30 km cənubda yerləşir. Adalar bir-birindən Fovo boğazı vastəsi ilə ayrılır.

Stüart adası
ing. Rakiura, mao. Rakiura
Ümumi məlumatlar
Sahəsi 1746 km²
Hündür nöqtəsi 979 m
Əhalisi 402 nəfər (2006-cı il)
Yerləşməsi
47°00′ c. e. 167°52′ ş. u.
Ölkə  Yeni Zelandiya
Akvatoriya
Stüart adası xəritədə
Stüart adası
Stüart adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Adanın sahəsi 1746 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 979 metrə malk olam Anqlem dağıdır. Adanın şimal hissədi dağlıqdır. Adanın ən uzun çayı Freşuoter çayıdır. Cənubu isə nisbətən düzənlikdir. Buradan Rakixua, Toitoi, Boqa və bir necə kiçik çaylar axır.

Adanın 80 % ərazisi Milli park ərazisinə daxil edilmişdir. Rakiura Milli parkı Yeni Zelandiyanın ən cavan parkıdır.

Tarixi

Ada ilk dəfə Ceyms Kuk tərəfindən 1770-ci ildə kəşf etmişdir. O, adanın Cənub adasının bir hissəsi olduğunu zənn edir. 1809-ci ildə Vilyam Stüart «Peqas» gəmisində ekspedisiya əsnasında adanın müstəqil ada olduğunu isbat etmişdir. Adanın adı onun adı ilə bağlıdır.

Maorilər adaya Pakiura (mao. Rakiura), adlandırmışlar. Bu isə «Üzən Səma» mənasını verir. Qütb parıltısı ilə əlaqədar verilmişdir.

1841-ci ildə ada Yeni Lester vilayətinə aid edilir. 1846 il konsitutsiyasına görə ada Yeni Myonster vilayətinə daxil edilir. 1853-ci ildə Stüart Otaqa vilayətinə aid edilir. 1876-ci ildən vilayət sistemi ləğv edilir. O zamandan indiyə qədər Sautlend regionuna daxildir.

Əhalisi

Yeganə yaşayışı məntəqəsi Oban şəhəridir. 2006-ci il məlumatına görə burada 402 nəfər yaşayır. Əvvəllər adanın cənubunda Port-Peqasus adlı qəsəbə mövcud olmuşdur. Hazırda isə yaşayış yoxdur.

Nəqliyyat və infrastruktura

Stüart adası ilə Cənub arasında parom fəaliyyət göstərir. Təyyarələr bəzən Masson buxtasının quşluq sahəsinə enir.

Adanın əsas gəlir mənbəyi balıqçılıq, meşə sənayesi və turizmdir.

Maqnit anomaliyası

Qütb parıltısı

Maqnit anomaliyası səbəbindən ada qütb parıltısını müşahidə etmək olar.

İstinadlar

  1. Карта Новой Зеландии, масштаб 1:2 000 000, ГУГК, 1987 год.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.