Stüart Littl 3 (film, 2005)

Stüart Littl 3: Vəhşilərin Zəngi - 2005-ci ildə ekranlaşdırılan Stüart Littl filminin 3-cü hissəsidir. Əvvəlki iki filmdən fərqli olaraq, “Stuart Little 3” televiziya seriyalına oxşayan 2D və 3D elementləri özündə birləşdirən tam cizgi filmidir.

Stüart Littl 3
ing. Stuart Little 3: Call of the Wild
Janr macəra filmi, komediya filmi, fantaziya, komediya
Prodüserlər
İstehsalçılar Columbia Pictures
Distribütor InterCom[d], Netflix, Columbia Pictures
İlk baxış tarixi 2005, 21 fevral 2006[1]
Müddət 72 dəq.
Ölkələr
Dil ingilis dili
Əvvəlki film Stüart Littl 2 (film, 2002), Stüart Littl (film, 1999)
Rəng rəngli
IMDb ID0472602
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet xətti

Yeni hekayədə Littl ailəsi həyəcanlı bir səyahətə çıxır. Corc və Stüart kəşfiyyatçı olurlar, lakin Stüartın bu səyahət zamanı heç vaxt şansı gətirmir. Meşədə o, hiyləgər bir skunk Riko ilə tanış olur. Ancaq Stüart təhlükə altındadır - meşədə haqqında əfsanələr danışılan naməlum yırtıcı yaşayır və sadəcə olaraq onu "Canavar" adlandırırlar. Lakin tezliklə məlum olur ki, bu yırtıcı adi bir pumadır. O, digər pişiklərin dərisini soyub qışda özünün geyinməsi üçün onları qaçırır. O, Riko tərəfindən aldadılan Littl ailəsinin pişiyi olan Qartopunu qaçırır və Stüart Qartopunu xilas etmək üçün onun arxasınca gedir. Riko da sonradan öz səhvini başa düşür onların arxasınca gedir. Bundan sonra əvvəlcə Stüart Qartopunu xilas edir və hətta Pumanı şəlaləyə də atır, lakin o, şəlalədən çıxaraq onları izləməyə başlayır. Onlar tələ hazırlayırlar, lakin Qartopu axmaqcasına onları ələ verir və Puma Stüartı yeməyə hazırlaşır, lakin Riko Stüartı xilas edir. Onların arxasınca gələn digər heyvanlar da, döyüşdə onlara kömək edirlər və Puma kəndirlərə ilişir. Littl ailəsi və kəşfiyyatçılar onları tapırlar və Puma zooparka göndərilir və Stüart ən yaxşı kəşfiyyatçı titulunu əldə edir.

İstinadlar

  1. IMDb (ing.). 1990.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.