Spiralkirpiklilər dəstəsi

Spiralkirpiklilər dəstəsi (lat. Spırotrıcha ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Spiralkirpiklilər dəstəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Spiralkirpiklilər dəstəsi
Beynəlxalq elmi adı
Spırotrıcha
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Haqqında

Bu dəstənin nümayəndələri üçün ağızın ətrafında membranellaların spiral şəklində yerləşməsi xarakterikdir. Spiralkirpiklilər dəstəsinin aşağıdakı yarımdəstələri vardır:

1.Müxtəlif kirpiklilər yarımdəstəsi (Heterotricha). Bu yarımdəstənin nümayəndələri spiral şəklində yerləşən ağızətrafı membranellalardan əlavə, bütün bədəni əhatə edən kiçik kirpiklərə də malikdir. Tipik nümayəndəsi stentor infuzorudur . Stentor polymorphus infuzoru 0,5 mm ölçüdə, qıfabənzər formada olub, aydın görünən bir makronukleusa və bir neçə mikronukleusa malikdir. Bədənin aşağı dar hissəsi ilə substrata yapışaraq oturaq həyat tərzi keçirir. Mionemlərin güclü inkişafı ilə əlaqədar stentor infuzoru qıcıqlandırılarkən bədən formasını ani dəyişərək şar formasını ala bilir. Yarımdəstənin digər tipik nümayəndəsi Spirostomum anbiguum növüdür. Bu növ 2 — mm qədər ölçüdə , qurdabənzər formada olub, adi gözlə görünür. Spirostomum infuzorunun uzunsov makronukleusu və bir neçə mikronukleusu vardır. İri yığılan vakuolu bədənin, demək olar ki, dal hissəsini tam əhatə edir. Müxtəlifkirpiklilər regenarasiya qabiliyyətinə malikdirlər. Bir neçə hissəyə kəsilmiş stentor və spirostomun infuzorunun hər bir parçası yeni infuzora çevrilir. Qeyd etmək lazımdır ki, hər bir hissədə makronukleusun və mikronukleusun bir hissəsi olmalıdır. Regenerasiya prosesi 24 saat ərzində başa çatır. Müxtəlifkirpiklilərin də parazit formaları vardır. İnsanın bağırsağında parazitlik edən Balantidium coli növü çox təhlükəlidir. İnsanlarda çox az hallarda rast gəlinir, xroniki ishal xəstəliyini törədir. Əsas sahibi — donuzlardır . İnsan namtəmizlik nəticəsində parazitin sistalarını qəbul etməklə yoluxur. Sista yoğun bağırsağa keçərək bir müddət möhtəviyyatla qidalanır . Bir qədər sonra parazit yoğun bağırsağın epiteli hüceyrələrində daxil olaraq orada dərin yaralar əmələ gətirir . Burada onlar çoxalaraq bir hissəsi bağırsaq boşluğuna keçir. Parazit bağırsağın aşağı şöbəsinə keçərək , sistalaşır və nəcislə birlikdə xaricə çıxaraq yoluxma mənbəyinə çevrilir. Balantidioz — bağırsaq qanaxmalarına səbəb olur ki, bu da kəskin qanazlığı ilə nəticələnir . Xəstəlik çox təhlükəlidir , hüceyrədaxili parazitliklə əlaqədar müalicəsi çətinlik törədir. İnsanın bağırsağında balantididən başqa , uzunluğu 26–28 mk, eni 16–18 mk olan Nycthoterus faba növü də yaşayır. Yarımdəstənin digər nümayəndəsi qara tarakanın bağırsağında yaşayan N.ovalis növü və qurbağalarda parazitlik edən N.cordiformis növüdür.

2.Qarnıkirpiklilər yarımdəstəsi (Hypotricha) . Bu yarımdəstəyə aid olan infuzorların bədəni bel və qarın istiqamətində yastılaşmışdır. Bel hissədə kirpik örtüyü reduksiya olunmuşdur. Qarın hissə isə bir neçə cərgədə yerləşən kirpik örtüyünə malikdir. Bu kirpiklərin arasında bərk substrat üzərində hərəkət etməyə xidmət edən sirri adlanan qıllar yerləşir. Bu yarımdəstənin nümayəndələri ağızönü dalğavari pərdəyə malik olmaları ilə fərqlənirlər. Qarnıkirpiklilər Yarımdəstəsinin nümayəndələri şirin sularda və dənizlərdə geniş yayılmışdır. Yarımdəstənin xarakterik nümayəndələri 300 mk ölçüdə olan Stylonichia mytilus , Euplotes charon , Oxytricha fallax və hidraların bədəni üzərində yaşayan Kerona cinsinin növləridir.

3.Azkirpiklilər yarımdəstəsi (Oligotricha). Bu yarımdəstənin nümayəndələrində kirpiklər ixtisar olunmuşdur. Onlarda yalnız ağızönü membranellalar və bəzi növlərdə isə sirrilər saxlanılmışdır. Özünə məxsus dəniz planktonları olan infuzorlar nisbətən geniş yayılmışdır . Bu infuzorlar zəif xitin qövqəyə malikdir. Azkirpiklilərə özünəməxsus qrup olan parazit entodiniomorf infuzorları da daxil edirlər . Entodiniomorflar kirpik aparatının tamamilə reduksiyası ilə xarakterizə olunurlar . Onlarda ancaq ağızətrafı spiral membranella və bədəndə qurşaq şəklində yerləşən membranella vardır. Entodiniomorf İnfuzorların tipik nümayəndələri Ophryoscolecidae fəsiləsindən birləşmişdir. Bu infuzorların bədən forması çox mürəkkəb dayaq elementlərinə malikdir. V. A. Dogel Cyclopostidae fəsiləsinin nümayəndələrindən müəyyən etmişdir ki, bu infuzorlarda konyuqasiya zamanı əmələ gələn hərəkətli nüvə hərəkətsiz nüvədən fərqlənir . Belə ki , miqrasiya edən nüvə spermatazoidlərdə qamçısına oxşar xüsusi plazma təbəqəsi ilə əhatə olunur. Konyuqasiya zamanı hərəkətli nüvələr mübadilə olunarkən onlar xarici mühitə düşür, sonra digər infuzorun ağzından , udlağından keçərək hərəkətsiz nüvə ilə birləşir . Entodiniomorf infuzorlarda çox vaxt gövşəyən heyvanların mədəsində rast gəlinir . V. A. Dogel yazırdı ki, elə ev heyvanı yoxdur ki, onun bağırsağında infuzorlar aşkar edilməsin. Bu infuzorlar parazit hesab olunmur , öz sahibinə zərər verməyən simbiontlardır. Belə güman edilir ki , bu infuzorlar gövşəyən heyvanların qəbul etdikləri qidanın xırtıldamasına , həzm edilməsinə , hətta sorulmasında iştirak edir. Belə məlumdur ki, zəif və xəstə heyvanlarda entodiniomorf infuzorlar parazitliyə keçə bilirlər .[1]

Mənbə

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.