Spinozavr
Spinozavr - 95 milyon il əvvəl yaşamış və dünya tarixində ən böyük yırtıcı olmuş dinozavr.
Spinosaurus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Spinosaurus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Kəşfi
Spinozavrın qalıqlarına ilk dəfə 1915-ci ildə Misirdə rast gəlindi. Həmin vaxt 2 metr uzunluğunda onurğalar və bir alt çənə tapılmışdı. Düz 90 il onun hansı növ olduğu məlum olmadı. Sonra 2005-ci ildə Mərakeşdə həmin alt çənəyə uyğun gələn üst çənə tapıldı və bunun yeni növ olduğu məlum oldu.
Ölçüləri
Spinozavrın kəllə sümüyünün ölçüsü 1.75 metr idi. Ümumiyyətlə onun uzunluğu 17 metr idi və bu dinozavrın Reksdən 4 metr daha uzun olması deməkdir. Kütləsi isə 11 tona qədər çatırdı. Vətəni Şimali Afrika olmuşdur.
Qidalanması
2010-cu ildə aparılan analizlər göstərdi ki, Spinozavrlar digər yırtıcıların əksinə həyatlarının böyük hissəsini suda keçirirmişlər və suda ovlanırdılar. O, İxtiafaqos idi, yəni balıqyeyən. Əsasən çaylarda qədim qılınc balığı növü olan onkopristislərlə qidalanırdı. Spinozavrın timsahlara bənzər bənzərlikləri var idi. 2008-ci ildə bilindi ki, Onların da suda ovlanmaq üçün burunlarında xüsusi dəliklər var idi. Beləcə onlar qurbanlarını görmədən belə onları ovlaya bilirdilər.