Spid-metal

Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır.

Spid-metal
Yarandığı dövr 1978
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər.

Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır. Hətta blek-metal əfsanələrindən olan Venomda bu tərzdən faydalanmışdır.

Tarixdəki ilk spid-metal mahnıları 1970-ci ildə Black Sabbathın "Paranoid", "Deep Purple"ın "Speed King" və 1972-ci ildəki "Highway Star" hesab edilir.

Spid-metal bu günə kimi yaşasa da, əvvəlki yaradıcılığı yoxdur. Judas Priest qrupunun 1990-cı ildəki "Painkiller" albomundan sonra, bu səviyyəyə çata bilən nə bir spid albom, nə də albomu yarada bilən bir qrup olub. "Gamma Ray" və "Primal Fear" son dövrdə ən bacarıqlı spid-metal qruplar olaraq tanınırlar, amma "Judas Priest" və "Motorhead" yada düşdükdə, onların əhəmiyyətinin hansı mərhələdə olmaları düşündürür.

Spid-metala ən çox müraciət edən qruplar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.