Spevsippus

Spevsippus (yun. Σπεὐσιππος, m. ö. 409 – 339) — qədim yunan filosofu, Platonun öyrəncisi ondan sonra Akademiyanın rəhbəri (skolarxı). Müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı[1]. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.

Spevsippus
Σπεὐσιππος
Doğum tarixi e.ə. 407
Doğum yeri
Vəfat tarixi e.ə. 339
Vətəndaşlığı
Dövr Ellinizm
İstiqaməti Platonizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Fəlsəfəsi

Spevsippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir[2]. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur[3].

Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.

Vahiddən fərqli olaraq maddi aləmdə hər şey çoxluqdadır[4]. Vahidlə çoxluğun ahəngi rəqəmlərdə əks olunur. Bunlar da Platonun ideyalarıdır. Rəqəmlər maddi təzahürlərdən və şeylərdən fərqli və transsendentaldır. Speusippusun rəqəmlər mistikası onu pifaqorçulara yaxınlaşdırırdı. Həmçinin, Platondan fərqli olaraq Speusippus hesab edirdi ki, duyğular vasitəsi ilə həqiqi biliyi əldə etmək mümkündür.

Spevsippus Platon təlimində düşüncə və duyğu arasında ziddiyyəti ortadan qaldırmaq istəmişdir. Onun fikrincə bəzi şeyləri duyğularla, başqalarını isə düşüncə ilə qavramaq mümkündür. Düşüncə ilə qavranılan şeylərin meyarı "elmi düşüncədir" (yun. επιστημονικόν). Duyğularla qavranılanların meyarı isə "elmi hissdir" (yun. αισθησις). Speusippus güman edirdi ki, "elmi hiss" həqiqətin açılmasında düşüncə ilə birlikdə fəaliyyət göstərir. Duyğu orqanları məşq vasitəsi ilə şeylərin arasındakı fərqi səhvsiz təyin edir. Məsələn, musiqiçi musiqidə ahəngi və ahəngsizliyi təbiətin vergisinə görə deyil, nəzəriyyəni öyrənib bilməsinə görə təyin edə bilir.[5]

Beləliklə, güman etmək olar ki, Speusippusa görə belə bir duyğularla duyulan gerçəklik vardır ki, onu "elmi hissi idrakla" dərk etmək olar. Bu gerçəklikdən başqa heç nə yoxdur. Ancaq, onun hər bir hissəciyi özünəməxsus şəkildə müəyyən bir riyazi qurumla bağlıdır.[6]

Mənbə

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 198-199. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 198-199. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • John Dillon: The Heirs of Plato. A Study of the Old Academy (347–274 BC). Clarendon Press, Oxford 2003.
  • Debra Nails: The People of Plato. A prosopography of Plato and other Socratics, Indianapolis 2002.
  • Мочалова И. Н. Философия ранней академии. СПб.,2007.-144 с.

Xarici bağlantılar

  • Dancy, Russell. "Speusippus". Stanford Encyclopedia of Philosophy.
  • Jackson, Henry (1911). "Speusippus". Encyclopædia Britannica (11th ed.).

Həmçinin bax

İstinadlar

  1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. : Georg Bell & Sons, 1915, p. 153.
  2. Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 152.
  3. Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 182.
  4. Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 152–153.
  5. Две книги против логиков // Секст Эмпирик. Сочинения в двух томах / Перевод А. Ф. Лосева. Том 1. M: Мысль, 1976, s. 90.
  6. Лосев А. Ф. История античной эстетики. Т 3. Arxivləşdirilib 2017-08-19 at the Wayback Machine: ACT; Харьков: Фолио, 2000, s. 439–445.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.