Speleologiya

Spleologiya (yun. spelation –mağara, logos – elm, təlim) — mağaralar haqqında elmin kompleks biliklər sahəsi olub, mağaraların mənşəyini, morfologiyası, mikroiqlimi, oradakı çayları, gölləri, floranı, faunanı, ölmüş heyvanların izlərini, vaxtilə mağaralarda uzun müddət yaşayan insanların maddi mədəniyyətini, divar rəsmlərini, heykəltaraşlıq təsvirlərini, həmçinin Yer altında yaşayan insanların bioloji və fizioloji problemlərini öyrənir.

Faux-Monnayeurs mağarası, Mouthiers-Haute-Pierre (Fransa)
Faux-Monnayeurs mağarası, Mouthiers-Haute-Pierre (Fransa)

Fiziki coğrafiyanın bir şöbəsi olan Speleologiya həmçinin, mağaraların coğrafi yayılması və istifadə edilməsi məsələləri ilə yaxından məşğul olur.[1]

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçid

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.