Sparqapis

Sparqapis və ya Sparqapises, əsl adı Sparğap Tegin (yun. Σπαργαπίσης; v. e.ə. 530) — məşhur Türk sərkərdəsi Təmür Xatunun (yunanca Tomiris) oğlu. Türk tayfası olan Massagetlərin ikincidərəcəli sərkərdəsi, Şimali Azərbaycanda və ya Qazaxıstan mövcud olmuş Massaget xanlığının tegini idi.

Sparqapis
Massaget xanlığı Tegini
MonarxTemür Xatun
Şəxsi məlumatlar
Vəfat tarixi e.ə. 530
Milliyyəti Qut Türkü
Fəaliyyəti Əsilzadəlik
Anası Tomris
Hərbi xidmət
Qoşun növü Massaget Ordusu
Rəhbərlik edib Massaget Ordusuna

Həyatı

Sparqapis Təmür Xatunun yeganə oğlu idi. O, öz atasının adını oğluna verdi. Ərinin ölümündən sonra xaqan olan Təmür Xatun Sparqapisesi öz varisi elan etmişdi.

Kirlə savaşa hazırlaşarkən Sparqapis Kirin ordusunun bir hissəsinə aid olan qərargahı ələ keçirmişdi. Lakin, Sparqapis və onun alpları Kirin tələsinə düşdüklərindən xəbərsiz idi. Həmin gecə Şah Kuruş qərargaha hücum edir ve Sparqapisi əsir götürür. Lakin, Kir daha sonra əsgərlərinə Sparqapisin əllərini açmalarını əmr edir. Əlləri açılan kimi Sparqapis özünü öldürür. Daha sonra baş verəcək döyüşdə Təmür Xatun Kiri öldürür və beləliklə həm Massaget xanlığını zalım farsların işğalından xilas edir, həm də oğlu Sparqapis Teginin intiqamını alır. Təmür Xatun daha sonra alplarına əmr edir ki, Kirin kəlləsini qanla dolu bir səbətə atsınlar. Alplar bunu edəndə Təmür Xatun deyir: "Mən hal-hazırda döyüşdə qalib çıxsam da, sən yenə də məni oğlumu hiyləylə əsir alıb onu mənim əlimdən alaraq məni həlak etdin. Sən məndən qan istəyirdin, indi iç o qanı!"

İstinadlar

    Ədəbiyyat

    1. Herodot: "Tarix"
    2. TRT Belgesel: "Savaşın efsaneleri: Tomris Hatun"
    3. Azərbaycan Tarixi. V sinif üçün dərslik.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.