Sparks
Sparks – 1970-ci ildə Ron və Rassell Mael qardaşları tərəfindən yaradılan ABŞ rok qrupudu. Əvvəlki illərdə eksperimental pop rok, proto-pank, psixodeliya, proq elementləri ilə ifa edən Sparks qrupu sonra disko janrına keçib. Zaman-zaman qrup inkişafının istiqamətini radikal dəyişirdi, lakin musiqi tənqidçilər (xüsusilə britaniyalı) tərəfindən yüksək qiymətlər alırdı. Bu qrup bir sıra musiqiçilərə (Depeche Mode, New Order, Morrissey və s.) təsir gostərib və müasir musiqi tarixində ən nüfuzlu və yenilikçi qruplardan biri sayılır.[1][2]
Sparks | |
---|---|
Ümumi məlumatlar | |
Milliyyəti | Los-Anceles, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1970-h.h. |
Janrlar |
glam rock art rok proto-pank psixodelik rok alternativ rok sintipop yeni dalğa disko |
Albom şirkətləri | Lil' Beethoven, Island, Atlantic, Bearsville, Warner Bros., Curb, Virgin, CBS, Elektra, RCA, Roadrunner, Domino |
Əlaqələri | Les Rita Mitsouko, FFS, Franz Ferdinand, Mik Ronson |
allsparks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Sparks qrupunun yeddi sinqlı "UK Top 40" -a daxil idi; bu sıradan birincisi ən yüksək yerə (#2) çatan "This Town Ain't Big Enough for Both of Us" sinqlı qrupun ən tanınan mahnısıdır.[2]
İstinadlar
- Ira Robbins. "Sparks discography/biography". www.trouserpress.com. 2012-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-22.
- Jason Ankeny. "Sparks biography". www.allmusic.com. 2012-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-22.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.