Soyuq hava kütlələri

Soyuq hava kütlələri

Bir çox hallarda Cənubi Qafqaz , o cümlədən Azərbaycana soyuq hava kütlələri eyni zamanda həm şərqdən, həm də qərbdən müdaxilə edir. Bu zaman respublikanın bütün rayonlarında bol yağıntılar düşür, dağ çaylarında selyaranma ehtimalı çoxalır.

Soyuq hava kütlələrinin şərqdən müdaxiləsi

Soyuq hava kütlələrinin şərqdən müdaxiləsi zamanı orta troposferdə Balkanlardan və Qara dənizdən Rusiyanın Avropa hissəsinin qərb rayonlarından keçməklə şimala və ya şimal-şərqə yönəlmiş, yaxşı inkişaf etmiş yüksək təzyiq yalı, bu yaldan hər iki tərəfə yüksək təzyiq çökəyi yerləşir. Həm təzyiq yalında, həm də təzyiq çökəkliyində çox hallarda təcrid olunmuş barik mərkəzlər (bloklaşmış) yaranır. Cəbhə zonasının yüksək təzyiq yalından şərqdə yerləşən konvergent vilayətində barik qradiyent əvvəlki proseslərdə olduğu kimi böyük kəmiyyətlərlə səciyyələnir. Cəbhə zonasının girişinin altında yaranan soyuq yerüstü antisiklon Xəzər dənizinə doğru –cənuba hərəkət edir və hava kütlələrinin əraziyə şərqdən daxil olmasına şərait yaradır. Soyuqlaşma bütün Azərbaycanı , Şərqi Gürcüstanı , qismən Ermənistanı əhatə edir. Ümumi sirkulyasiya indeksi əvvəlki prosesdə olduğu kimi 1-dən böyük kəmiyyətlərlə səciyyələnir ki, bu da meridional sirkulyasiyanın intensiv inkişaf etdiyini göstərir.

Həmçinin bax

Hava kütlələri

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.