Soyuq günəş (film, 2020)

Soyuq Günəş — 2018-ci ildə çəkilmiş Ləzgi filmi. Filmdə Yarmət və Yarqunatın inanılmaz sevgi hekayəsindən bəhs olunur. Ssenari və prodüserinin müəllifi olan Sədaqət Kərimova, filmi şəxsi vəsaiti hesabına yaradılıb. Layihə ləzgi xalqının ilk tammetrajlı bədii filmi hesab olunur. Filmdə ləzgi xalqının qədim adət-ənənələri və həyat tərzləri haqqında təsvirlər verilib.

Soyuq Günəş
Janr Dram
Rejissor Məlahət Əhməd
Prodüser Sədaqət Kərimova
İcraçı prodüser Mübariz Əzizov
Ssenari müəllifi Sədaqət Kərimova
Baş rollarda Sənan Kazımov – Yarmət
İranə Kərimova – Yarqunat
Operator Elxan Rüstəmov
Bəstəkar Sədaqət Kərimova
Geyim rəssamı Sevda Məmmədova
Distribütor Qatfarfilm
İlk baxış tarixi 21 aprel 2021, YouTube platformasından
Müddət 125 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dillər azərbaycanca, ləzgicə, rusca
İl 2018
Rəng rəngli
Çəkiliş yeri Həzrə

Məzmunu

Filmdə Yarqunat və Yarmətin güclü sevgisindən bəhs olunur. Onların sevgisi o qədər güclü idi ki, heç kim bu sevgiyə mane ola bilməzmiş. Yarqunatın atası və anası qızlarını Osmana ərə vermək istəyirmiş. Ona görə ki, həyatın bütün nemətlərini qızının ayağının altına versin. Talehsiz qız, bir gün Osmana ərə gedərmiş. Və bir anda Yarmət bu evliliyə mane olarmış. Qadının biri həyətə yaxınlaşıb, alman faşistlərinin dava başlatdığını deyir. Sonra kəndin bəzi oğlanları alman faşistlərin Azərbaycana daxil olmaması üçün səfərbər olarmış. Yarqunat Osmanın evində olarkən, Yarmətin əsgər getdiyini bilmir və xəbər almırmış. Aradan 40 il ötür, Yarmət Yarqunatın qarşısına Sadir və Ləzgiyə ilə çıxır. Yarqunat bir anlıq şok keçirdib yerə yıxılır. Yarmət, Sadir, Ləzgiyə və Yarqunat ilə şam yeməyi yedikdən sonra Türkiyədəki ailəsinin yanına qayıdır. Bu hüznlü hekayənin də sonu belə bitir.

Filmin heyəti

Film üzərində işləyənlər

Quruluşçu rejissor: Elşən Zeynallı
Prodüser: Sədaqət Kərimova
Ssenari müəllifi: Sədaqət Kərimova
Quruluşçu operator: Elxan Rüstəmov
Bəstəkar: Sədaqət Kərimova
Səs operatoru: Əliabbas Qasımov
Səs rejissoru: Teymur Kərimov
Montaj: Nicat Qayıbov
Rejissor: Məlahət Əhməd
Qrim: Səadət Sadıqova
İşıq: Ərşad Mehdiyev, Ramin Rəhimov
İcraçı prodüser: Mübariz Əzizov
Quruluş və geyim üzrə rəssam: Sevda Məmmədova
Rejissor asisstenti: Əli Faiq
Operator assistenti: Məmmədağa Sadıqov
Fokus-puller: Aqil Məmmədov
Sinxron səslər: Əliqulu Səmədov
Kostyum: Gülxar Sadıqova
Dərzi: Aida İbrahimova
Rekvizit : Aynur Novruzbəyova

Rollarda

İranə Kərimova — Yarqunat
Firəngiz Babayeva — Yarqunatın qoca halı
Mirsənan Kazımov — Yarmət
Füzuli Hüseynov — Yarmətin qoca halı
Qəmər Məmmədova — Eminat
Ədalət Abdulsəməd — Məhəmməd
Dilarə Fərəcullayeva — Avsiyat
Niyaz İlyasoğlu — Həmdulla
Könül Şahbazova — Yengə
İlhamə Əhmədova —Salihat
Elçin Əfəndi — Osman
Məlahət Əhməd — Sona
Şəhla Məmmədova — Tavat
Aygün Fətullayeva — Qatfar
Turəxanım Qasımlı — Suvar
Gövhər Şabanova — Ləzgiyə
Nəzrin Məmmədova — Mədinə
Flora Hüseynova — Mədinənin qocalığı
Araz Pirimov — Sadir
Zeynal Zeynallı — Sadirin uşaqlığı
Qurban Əhmədov — Şahmir
Cabbar Kərimov — Qədir
Cavid Tahirov — Vəlibəy

Çəkiliş yerləri

• Filmin çəkilişi Qusarın Həzrə kəndində olmuşdur.

Problemlər

2020-ci il martın 16-da filmin ləzgi və Azərbaycan dilində premyerası olacaqdı, lakin pandemiya səbəbindən premyera təxirə salınır. Film yaradıcıları pandemiyanın bitməsini real görmədikləri üçün, filmi YouTube platformasına yerləşdirməyi qərara alırlar.

Həmçinin bax

Həzrə

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.