Paşalı rayonu

Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir.

Rayon
Paşalı rayonu

39°45′00″ şm. e. 45°37′00″ ş. u.


Ölkə
İnzibati mərkəz Vayk
Tarixi və coğrafiyası
Yaradılıb 15.10.1931
Ləğv edilib 12 aprel 1995
Sahəsi
  • 1.173,8 km²[1]
Əhalisi
Əhalisi 13 680[2] (1989) nəfər
Paşalı rayonu xəritədə

Tarixi

Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Paşalı Əzizbəyov 03.01.1935
İtqıran Gülüstan 03.01.1935
Sultanbəy Bartsruni 03.01.1935
Almalı Xndzorut 12.11.1946
Kotanlı Karmraşen ...
Çul Artavan 19.04.1950
Quşçu Keçid 12.11.1946
Soylan Əzizbəyov 12.10.1956
Əzizbəyov Vayk 1991-ci il
Horadiz Oradis 03.07.1968
Kabud Kapuyt 03.07.1968
Daylaxlı Arin 25.01.1978
Səfolar Cermuk ...

Coğrafi mövqeyi

Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi və Səfolar yaylası Soylan rayonu ərazisində yerləşir. Quyudağ (h.2593 m), Ağxaç aşırımı, Keçid su anbarı da bu rayondadır. Məşhur Arpa-Göyçə su kanalı məhz Arpaçay üzərindəki Keçid su anbarından başlanır. Dərələyəz silsiləsi Arpaçayı ilə Naxçıvan çayı arasında uzanıb, Şərqdə Zəngəzur silsiləsinə qovuşur. Uzunluğu 70 km olan bu dağ silsiləsinin ən hündür zirvəsi Kükü dağıdır (h 3120 m).

Xarici keçidlər

Həmçinin bax

  1. Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.