Soyad

Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir.

Soyadlar şəkilçilərlə

Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun.

Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının. Məsələn, Çar nəsli — Romanov soyadı

XVIII əsrə qədər yəhudilərin soyadları mövcud deyildi. Yəhudi soyadları əsasən "KO(Y)EN və "LEVI" titullarından əmələ gəlib. Faiz etibarilə müasir İsraildə bu soyadlar birinci və ikinci yerləri tutur.

Özlərini məsləkləri ilə assosiyasiya etmiş insanlar bunun izini şəkilçilərdə əks etdiriblər. Məsələn — Çİ şəkilçisi (Beluççi, Karduççi), -ÇI -ÇU,-Cİ,-CA, gürcü soyadlarında -DZE kimi, yapon soyadlarında isə -DZİ -DZU -DZO -TSİ,-TSU,-TSI (Hodze, Kutzyo, Godzyo, İtidzyo, Sumatzu, Tukodaydzi). Türk mühitində çox tanınmış eləcədə İtaliyada yayılmış -LI, -LU, şəkilçiləri bir kəsin hansısa yerə məxsus olduğuna işarə edir. -EL -UL -OL -IL -AL şəkiçilər növüdə vardır, bunlar türk dilinə "dünya", "cəmiyyət", "varlıq" "əl" (Yaradanın əli) kimi tərcümə olunur.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.