Sosial təcrid
Sosial təcrid, sosial kənarlaşdırılma və ya sosial marginallaşdırma - cəmiyyətdə rast gəlinən maneələri və cəmiyyətdən kənarlaşdırılma vəziyyətini izah edən bir termindir. Avropada geniş yayılmış olan bu termin ilk dəfə Fransada istifadə edilmişdir.[1] Təhsil, sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat kimi müxtəlif sahələrdə istifadə olunur.[2]
Sosial təcrid cəmiyyət daxilindəki bəzi qrup üzvlərinə, şəxslərə və ya qruplara malik olduğu və həmin qrupla sosial vahid olması üçün şərt olan mənzil, iş, sağlamlıq, vətəndaş hüquqları, demokratik proseslərdə iştirak etmək hüququ və bərabər məhkəmə hüququ kimi müxtəlif hüquqlara, imkanlara və mənbələrə sistematik şəkildə girilməsinə qoyulan qadağa prosesidir.[3]
Sosial təcrid nəticəsində vətəndaş hüquqlarından kənarlaşdırma və ya məhrum olmaq sosial siniflərə görə tətbiq olunma halları olur. İrqi, dərinin rəngi, təhsil səviyyəsi, yaşayış və ya geyim tərzi ilə əlaqəli ola bilər. Bu cür ayrı-seçkilik formaları əlillərə, azlıqlara, LGBT icmasına, narkotik istifadəçilərinə, yaşlılara və ya gənclərə də tətbiq edilə bilər. Bir cəmiyyətdə qəbul edilən sosial normalardan kənara çıxan hər kəs bu səbəbdən qeyri-müəyyən və ya açıq bir şəkildə həmin cəmiyyətdən kənarlaşdırıla bilər.[4]
Sosial təcriddən təsirlənən şəxslərin və ya qrupların nəticədə iqtisadi, sosial və siyasi həyata tam inteqrasiyasının qarşısı alınır. Bunun baş verməməsi üçün müasir zamanımızda cəmiyyətlərin inklüziv şəkildə qurulması üçün tədqiqat işləri davam etməkdədir.[5]
İstinadlar
- "Social Exclusion and Social Solidarity: Three Paradigms - GSDRC". gsdrc.org (ingilis). 2009-09-29. 2023-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- "Social exclusion and reintegration". web.archive.org. 2014-10-29. 2014-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- "sosial təcrid". researchgate.net. 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.16.
- "sosial təcrid". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.16.
- Bank, World. Inclusion Matters : The Foundation for Shared Prosperity (ingilis). Washington, DC. 2013-10-18. ISBN 978-1-4648-0010-8.