Sosial normalar

Sosial normalar — qrup üzvlərinin müəyyən bir kontekstdə necə davranacaqlarına inam. Sosioloqlar normaları yazılmayan və cəmiyyətin davranışını tənzimləyən bir anlayış kimi təyin edərkən, psixoloqlar daha ümumi bir tərifi qəbul edirlər. Sosiologiyada normalar yazılı və yazılmamış olaraq iki yerə bölünür. Yazılı normalar rəsmi normalar kimi də tanınır. Qanunlar, qaydalar, nizamnamələr, göstərişlər və fərmanlar yazılı normalara daxildir. Yazılı normalar əsasən dövlət qurumlarında və özəl sektorda istifadə olunur. Yazılı normaların icra gücü yüksəkdir. Yazılmamış normalar qeyri-rəsmi normalardır. Cəmiyyətdə qüvvədə olan qaydaların ümumi cəmi kimi də tanınırlar. Yazılmamış normaların əsas növləri bunlardır: adət, ayin, ənənə və əxlaq. Yazılmamış normalara əməl etməyənlər cəmiyyət tərəfindən xaric edilmək kimi sanksiyalarla üzləşə bilərlər. Yazılmamış normalar yazılı normaların olmadığı yerlərdə onun əvəzinə istifadə edilə bilər. Normalardakı əsas məqsəd sosial nəzarətdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.