Krım quşarmudu
Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Krım quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Krım quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir.
Ekologiyası
İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Azərbaycanda yayılması
Kiçik Qafqaz və Naxçıvan MR-da rast gəlinir.
İstifadəsi
Meyvələrindən sirkə və araq hazırlanır. Meyvəsinin ləti unludur, meyxoşdur, daxilində çoxlu miqdarda daşlaşmış hüceyrələr vardır.
İstinadlar
- The Plant List (ing.). 2010.