Yunan quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Yunan quşarmudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Yunan quşarmudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib.
Botaniki təsviri
Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir.
Ekologiyası
Torpağa az tələbkar, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması
Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
İstifadəsi
O, istər çiçəkləmə və vegetasiya dövründə, istərsə də meyvə gətirmə dövründə və payızda yarpaqların müxtəlif rəngələrə düşdüyü zaman yüksək dekorativ keyfiyyətlərə malikdir. Kömürü keyfiyyətlidir, yananda yaxşı istilik verir.
İstinadlar
- The Plant List (ing.). 2010.