Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Sop (Zop) | |
---|---|
წოპი | |
41°14′38″ şm. e. 44°43′57″ ş. u. | |
Ölkə | Gürcüstan |
Rayon | Marneuli |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 800 m |
Əhalisi | |
Əhalisi |
|
|
Sop (azərb. Zop; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar.
Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib. Kənddə həmçinin məşhur Zop qalası da var ki, hər il Novruz bayramında təkər qaldırıb yandırırılır ki, bu məşəl ətraf kəndlərdən aydın görünür. Elə bu ənənə və qəbiristanlıqdakı qədim qəbirlər bu bölgədə ta qədimdən Qarapapaq, Tərəkəmə Azəri türklərinin yaşamasını sübut edir.