Sonuncu qarış (film, 1958)

"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi.

Sonuncu qarış
rus. Последний дюйм
Janr dram
macəra
Rejissorlar Teodor Vulfoviç
Nikita Kurixin
Əsərin müəllifi Ceyms Oldric
Ssenari müəllifi Leonid Belokurov
Baş rollarda Slava Muratov
Nikolay Kryukov
Operator Samuil Rubaşkin
Bəstəkar Moisey Vaynberq
Rəssam Aleksey Rudyakov
İstehsalçı "Lenfilm" kinostudiyası
İlk baxış tarixi 1958
Filmin növü bədii film
Müddət 89 dəq.
Ölkələr SSRİ SSRİ
Dil rusca
İl 1958
Rəng rəngli
IMDb ID0167346

Məzmun

Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır. Devi sonuncu qarışa qədər bütün işləri doğru-düzgün başa çatdırır. Və ata-oğul sağ-salamat aerodroma enirlər.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Ceyms Oldric
Ssenari müəllifi: Leonid Belokurov
Quruluşçu rejissorlar: Teodor Vulfoviç, Nikita Kurixin
Operator: Samuil Rubaşkin
Rəssam: Aleksey Rudyakov
Bəstəkar: Moisey Vaynberq

Rollarda

Slava Muratov — Devi
Nikolay Kryukov — Ben Esli
Mixail Qluzski — Cifford
Əliağa Ağayev — kafe sahibi
Müxlis Cənizadə — mexanik
Aleksey Rozanov — həkim
İvan Dmitriyev — kafe müştərisi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.